Azərbaycancaaz
Mir.az » Resept » Buğu Üzərində : Közlənmiş Pomidor Şorbası Resepti

Buğu Üzərində : Közlənmiş Pomidor Şorbası Resepti

24
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Buğu Üzərində : Közlənmiş Pomidor Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Pomidor antioksidant mənbəyidir. Likopen anbarı, C vitamini baxımından əsl xəzinədir. Yemək zamanı da toxluq hissi yaradır.
Pomidorun ən dadlı halından biri, şübhəsiz ki, pomidor şorbasıdır. Hazır pomidor sokundan və ya tomat pastasından hazırlanan şorbaları bir kənara qoyaq.
İndi isə ləzzətli pomidorları götürüb sobaya atıb közlənməsini gözləyin. Közləndikdən sonra digər inqrediyentlərlə ləzzətləndirin və dumanı üzərində pomidor şorbası hazırlayın. İndidən nuş olsun.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 9 ədəd böyük pomidor
  • 5 diş sarımsaq
  • 5 xörək qaşığı zeytun yağı
  • 1 ədəd orta ölçü soğan
  • 5 stəkan isti su
  • 1 xörək qaşığı tomat pastası
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Sobanınızı 180 dərəcədə qızdırmağa başlayın.
Pomidorları yaxşıca yuyub qabığını soymadan ortadan ikiyə bölün.
Soba qabına yağlı kağız sərin və kəsdiyiniz pomidorları düzüb üzərinə bir az zeytun yağı gəzdirin.Əvvəlcədən isidilmiş sobada təxminən 30 dəqiqə bişirin.
Pomidorları sobaya qoyduqdan 15 dəqiqə sonra sarımsağı atın.
Közlənmiş pomidor və sarımsağı sobadan çıxarıb qabıqlarını soyun.
Pomidoru xırda doğrayın.
Sarımsağı əzin.
Soğanı kiçik kub formasında doğrayın.
Bir qazan götürün. İçinə zeytun yağı və tomat pastası əlavə edib soğanlar yaxşıca qovrulana qədər bişirin.
Bişdikdən sonra içinə əzilmiş sarımsağı əlavə edib bir neçə dəfə çevirin.
Sonra közlənmiş pomidor və qaynar su əlavə edib pomidorlar yaxşıca yumşalana qədər bişirin.
(Pomidorlar tamamilə bişənə qədər orta istilikdə bişirin.)
Duz və ədviyyatlar əlavə edin.
Qatılaşmağa başlayanda ocaqdan götürüb qarışığı blenderdən keçirin.
Şorba hazırdır !
İstədiyiniz kimi bəzəyib isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz