Sulu Yeməklərin Ən Ləzzətlisi : Ətli Noxud Yeməyi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Hazırlanması asan , qoxusu möhtəşəm bir yemək. Vaxtınız olmadığı zaman köməyinizə çatacaq ən dadlı , ləzzətli yeməklərdən biri olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1 ədəd soğan1.5 stəkan qaynadılmış noxud
350 qram mal əti (kub- kub doğranmış)
1.5 xörək qaşığı bibər pastası
1 ədəd limonun suyu
4 xörək qaşığı zeytun yağı
3 stəkan su
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı duz
1 çay qaşığı kimyon
Hazırlanma qaydası:
Noxudları bir gecə əvvəldən isladın.Ertəsi gün suyu boşaldıb təmiz su əlavə edib qaynadın. Üzərində əmələ gələn köpüyü götürüb suyunu süzün.
Əti yağsız ,ağzı açıq şəkildə suyu çıxana qədər bişirin. Suyu çəkilən zaman üzərinə çıxacaq qədər su əlavə edərək bişməyə qoyun.
Ət bişdikdən sonra qazandan çıxarıb yağı və soğanı ayrı bir qazana əlavə edib yaxşıca qovurun. Tomat pastasını əlavə edib qoxu gedənə qədər qovurmağa davam edin.
Noxud, ət və ədviyyatlar əlavə etdikdən sonra üzərinə su əlavə edib qapağı bağlayın.
Ləzzətləri bir -birinə keçənə qədər 20-30 dəqiqə bişirin ( etin , noxudun bişməsindən əmin olun ). Sonra ocağı söndürüb isti halda servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz