Hər Gün Olsa Yeyilər : Tas Kababı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Sulu yeməyi sevənlər və ətdən imtina edə bilməyənlər üçün tas kababı əla seçimdir.Onun suyuna dad verən mal əti, soğan və tomat pastası əvəzolunmazdır. Onu daha zəngin və doyumlu etmək üçün kartof və kök kimi tərəvəzlərdən istifadə edə bilərsiz.
*İlk növbədə yüksək odda qovuracağınız dana ətini öz suyunda bişirin. Suyun şəffaf olması üçün bu müddət ərzində səthə çıxan qəhvəyi köpük hissələrini qazandan çıxarın.
* İstəyirsinizsə,soğanı sürtkəcdən keçirdib və tomat pastası yerinə sürtkəcdən keçirilmiş pomidor istifadə edin.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
50 dəqiqəTərkibi:
800 qram doğranmış mal əti1 xörək qaşığı duru yağ
2 xörək qaşığı kərə yağı
1 ədəd soğan
3 diş sarımsaq
1 xörək qaşığı un
1 çay qaşığı tomat pastası
1 çay qaşığı duz
2 ədəd kartof
1 ədəd kök
3 stəkan isti su
4 ədəd qara bibər toxumu
Hazırlanma qaydası:
1 xörək qaşığı duru yağı və 2 xörək qaşığı kərə yağını tavada qızdırın.Üzərinə 800 qram dana ətini əlavə edib ətin suyu çıxana qədər qovurun.
1 ədəd doğranmış soğan və 3 diş doğranmış sarımsağı əlavə etdikdən sonra ətlə qovurmağa davam edin.
Bu mərhələdə əlavə edəcəyiniz 1 xörək qaşığı unu ətlə birlikdə qoxusu gələnə qədər təxminən 2-3 dəqiqə qovurun. 1çay qaşığı tomat pastası əlavə edib qarışdırın.
Sonra 1 çay qaşığı duz, 1 ədəd doğranmış kartof, 1 ədəd kök,1 çay qaşığı qara bibər və 3 stəkan su əlavə edib qapağını bağlayıb qazanda 30 dəqiqə aşağı istilikdə bişirin.
Bulyon və tərəvəzlərlə bişmiş əti isti halda servis edin.
Zövqə görə yanına çəkmə plov edə bilərsiz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz