Ləzzəti Ədviyyatlardan: Ətli Spagetti (Makaron) Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Əgər həyat qurtaran yeməklərin siyahısını sıralasaq, şübhəsiz ki, makaron daha yüksək yer tutacaq. Qaymaqlı, ispanaqlı, bişmiş, qaynadılmış... İçinə nə qoysanız yaraşır, necə bişirsəniz dadlı olur. Hər kəsin cibinə uyğundur. Amma desək ki, ən çox sevilən hansıdır? Şübhəsiz ki,tomat pastalı ,ətli olandır. Odur ki,Mir.az ətli makaron reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
1 paket spagetti makaron2,5 stəkan su
1 çay qaşığı duz
3-4 ədəd qara bibər toxumu
1 xörək qaşığı zeytun yağı
Sous üçün:
200 qram çəkilmiş mal əti
1 diş sarımsaq
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı bibər pastası
1 çay qaşığı qara istiot
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı quru nanə
1 çay qaşığı hil
Üzəri üçün:
2 xörək qaşığı zeytun yağı
Hazırlanma qaydası:
Ətli Makaron Resepti üçün Bişirmə Təklifi
Makaronunuzun bişmə suyuna əlavə etdiyiniz müxtəlif ədviyyatlar makaronunuzu daha ətirli və dadlı edəcək.
Qazana su tökün və üzərinə qara bibər toxumu, duz və zeytun yağı əlavə edib qaynamağa buraxın.
Su qaynayanda makaronu əlavə edin və qablaşdırmanın üzərindəki təlimata uyğun bişirin.
Bişdikdən sonra qara bibər toxumlarını çıxarıb süzün.
Dərin tavaya zeytun yağı, sarımsaq və qiymə əlavə edin. Qiymə suyunu buraxana qədər bişirin.
Su çəkildikdə bütün ədviyyatları, tomat pastası və duzu əlavə edib ocaqdan götürüb makaron ilə birləşdirin.Daha da dadlı olması üçün zeytun yağı əlavə edib yaxşıca qarışdırın və servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz