Qərar Verə Bilməyənlərə : Kumpir Pizza Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Bu gun pizzanı tam fərqli hazırlayacağıq. Üstəlik həm kumpir , həm pizza. Qaynadılmış kartoflar lavaşın üzərində əzilib zeytun yağı ilə sobada bişməyə qoyulur. Birdə üzərinə pomidor sousu , göbələk , zeytun , qarğıdalı və kolbasa əlavə edilib yenidən sobaya qoyulur. Və nəticədə dadına doya bilməyəcəyiniz bir ləzzət ortaya çıxır.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
45 dəqiqəTərkibi:
1 ədəd lavaş6 ədəd kartof
2 xörək qaşığı zeytun yağı
2 ədəd göbələk
2 xörək qaşığı doğranmış qara zeytun
1 xörək qaşığı konservləşdirilmiş qarğıdalı
10-15 dilim kolbasa
100 qram mozzarella pendiri
Tomat sousu:
2 xörək qaşığı tomat pastası
1/2 stəkani sti su
1 çay qaşığı zeytun yağı
Hazırlanma qaydası:
Sobanı 170 dərəcəyə qoyun.
26 sm-lik kələpçəli tort qabını yağlayın.Lavaşı yağlanmış tort qabına qoyun.
Tomat sousunun hazırlanması; zeytun yağını yüngülcə qızdırın.Tomat pastası və qaynar su əlavə edib qaynayanda ocaqdan götürün.
Lavaşın üzərinə hazırladığınız tomat sousunu çəkin.Qaynadılmış kartofu yarıya bölüb əzin.
Üzərinə zeytun yağı çəkib 170 dərəcədə 20-25 dəqiqə bişirin.
Sobadan çıxan kartofun üzərinə qalan tomat sousunu çəkib mozarellanın yarısını, konservləşdirilmiş qarğıdalı, kolbasa, göbələk və qara zeytunu əlavə edin.Sonuncu mozzarellanı da əlavə edib əriyənə qədər 10-15 dəqiqə bişirin.
Tort qabından hazırladığınız bişmiş kartof pizzasını çıxarıb süfrəyə qoyun.
İstəsəniz üzərinə ədviyyatlar əlavə edib kumpiri daha da zənginləşdirə bilərsiz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz