Tənbəllər Üçün : Lavaşdan Asan Pizza Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Pizza resepti.
Pizza ustalarına qalib gələ bilməsəniz də, ani pizza istəyinizə və təcili qarın qurultusuna cavab verə biləcək asan pizzadan qısa müddət ərzində həzz alacağınıza tam əminəm.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
3 ədəd lavaş1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı zeytun yağı
150 qram Holland pendiri
100 qram kolbasa
4 ədəd göbələk
1 stəkan doğranmış qara zeytun
5 ədəd xırda pomidor ( cherry )
1 kasa isti su
1 çay qaşığı ədviyyat qarışığı (zövqə görə; kəklikotu, şirin qırmızı bibər tozu )
Hazırlanma qaydası:
Lavaş üçün kifayət qədər geniş tavanı zeytun yağı ilə yağlayıb biraz qızdırın.
Bir qabda qaynar suya tomat pastası əlavə edib qarışdırın.
İlk lavaşı tavaya qoyub üzərinə tomat pastası sousunu yayıb bir çimdik sürtgəcdən keçirilmiş holland pendiri səpin.
İkinci qat lavaşa da tomat pastası sousu və sürtgəcdən keçirilmiş holland pendirini əlavə edin.
Sonrakı lavaşın üçüncü qatını qoyub tomat pastası sousunu çəkin. İncə dilimlənmiş kolbasa, göbələk, pomidor və zeytun əlavə edib yenidən üzərinə tomat pastası sousunu çəkin.Holland pendiri də töküb ocaqda təxminən 3 dəqiqə saxlayın. Bu vaxt alt lavaş qızılı sarı rəngə olacaq.
Pizzanı servis boşqabına qoyub qabı tərs çevirin və pizzanın üstünü örtün. İnqrediyentləri belə halda daha 2 dəqiqə bişirin.
Hazır lavaşdan hazırladığınız asan pizzanı istədiyiniz ədviyyatlar səpib servis edə bilərsiz.
NUŞ OLSUN ?

Şərhlər 0
Şərh Yaz