Kafe və Restoranlarda Yediyinizdən Daha Ləzzətli :Kumpir Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Kumpir resepti.
Sobada uzun müddət bişmiş iri kartoflar, otaq temperaturunda saxlanılan kərə yağı və sürtgəcdən keçirilmiş holland pendiri və arzuladığınız bütün inqrediyentlərlə hazırlayacağınız kumpir resepti!
Kiçik bir təklif: Kumpirin hazırlanmasında mayonez və ketçup əvəzinə səhər yeməyi sousu Muhammara, Quacamole sousu, Chili Thai sousundan istifadə edib fərqliliyinizi göstərə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
90 dəqiqəTərkibi:
2 ədəd böyük ölçü kartof2 xörək qaşığı kərə yağı
3/4 stəkan çedar pendiri ( sürt.keçilmiş )
1 stəkan konservləşdirilmiş qarğıdalı
1/2 stəkan zeytun
4-5 ədəd xiyar turşusu
2 xörək qaşığı mayonez
2 xörək qaşığı ketçup
1/4 çay qaşığı duz
Hazırlanma qaydası:
Kartofu yuyub kağız dəsmal ilə qurulayın.
Əvvəlcə kartofu yağlı kağıza,sonra isə alüminium folqaya büküb 200 dərəcəyə qədər isitdiyiniz sobanın dəmir telinin üzərinə qoyun və soba nimçəsi ilə üzərini örtün. Bu şəkildə təxminən 90 dəqiqə bişirin.
Sobadan çıxardığınız kartofu ortadan şaquli şəkildə bölün və istədiyiniz qədər kərə yağı və holland pendiri əlavə edib əzin.
Sonra kumpirinizi boşqaba qoyun və üzərinə istədiyiniz inqrediyentləri əlavə edin.
Zövqünüzə uyğun olaraq üstünə mayonez və ketçup da əlavə edə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz