Azərbaycancaaz
Mir.az » Resept » Kiçik Küftəli Əriştəli Noxudlu Şorba Resepti

Kiçik Küftəli Əriştəli Noxudlu Şorba Resepti

26
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Kiçik Küftəli Əriştəli Noxudlu Şorba Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Soyuq havalara uyğun,soyuq qış günlərində içinizi isidəcək doyumlu bir şorba. Kiçik küftəli əriştəli noxudlu şorba hazırlamağa nə deyirsiz ?

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 1 ədəd soğan
  • 1-2 ədəd sürtkəcdən keçilmiş pomidor
  • 1 xörək qaşığı tomat pastası
  • 1 kasa qaynadılmış noxud
  • 1 kasa əriştə
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 1-2 xörək qaşığı zeytun yağı

  • Küftə üçün:
  • 100-150 qram qiymə
  • 1 sürtkəcdən keçilmiş soğan
  • 1 xörək qaşığı un
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz

  • Üzəri üçün:
  • 1-2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı nanə

Hazırlanma qaydası:

Soğanı xırda-xırda doğrayıb zeytun yağında qovurun. Tomat pastası əlavə edib qovurmağa davam edin. Ayrı bir yerdə qaynatdığınız ilıq su və ya adi qaynar suyu,ədviyyatları əlavə edib qaynamağa buraxın.
Küftə üçün istədiyiniz miqdarda duz, qara istiot və sürtkəcdən keçilmiş soğan əlavə edib yaxşıca yoğurun. Noxud böyüklüyündə küftələrə edin. Yapışmaması üçün onları unlayıb böyük bir qabda çalxalayın ki, hər tərəfi unla örtülü olsun.
Qaynayan qazana qaynadılmış noxud və əriştə əlavə edin. 3-4 dəqiqədən sonra küftələri əlavə edib bütün inqrediyentlər yaxşı bişənə qədər aşağı istilikdə nəzarətli şəkildə bişirin.(Bu proses çox çəkməyəcək.)
Kərə yağını əridin və bol nanə əlavə edib bişmiş şorbanın üzərinə tökün və ocaqdan götürün.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz