Azərbaycancaaz
Mir.az » Resept » Naxçıvan Mətbəxindən Məşhur Daş Küftə Resepti

Naxçıvan Mətbəxindən Məşhur Daş Küftə Resepti

387
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Naxçıvan Mətbəxindən Məşhur Daş Küftə Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Ət daşı” adlanan xüsusi yasdı daş üstündə döyülən ətdən hazırlanan Naxçıvan mətbəxinin ən məşhur yeməyi. Mir.az ləzzətli və fərqli bişirilmə üsulu ilə Daş küftə reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

140 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

400 qram ət
1-2 tikə quyruq
1 ədəd baş soğan
50-60 qram noxud (suda isladılmış)
50-60 qram düyü
1 ədəd yumurta
Yarım çay qaşığı nanə qurusu
Yarım çay qaşığı tərxun qurusu
Yarım çay qaşığı reyhan qurusu
Yarım çay qaşığı mərzə qurusu
Yarım çay qaşığı istiot
Yarım çay qaşığı sarıçiçək
1 xörək qaşığı tomat və ya pomidor pastası
4 ədəd alça turşusu
1 çay qaşığı duz

Hazırlanma qaydası:

Tikə əti 2 saat dayanmadan “ət daşı” adlanan xüsusi yasdı daşın üzərində ağac toxmaqla qiymə halına gələnədək döyün. Qiymə halına düşdükdə üzərinə isladılmış noxud, quyruq, soğan əlavə edib birlikdə döyün. Üzərinə göyərti qurusu ( nanə, mərzə, reyhan, şüyüd və tərxun qurusu) ovun və yumru düyü, duz, istiot, sarıçiçək, yumurta,azca isti su da əlavə edib əllə yaxşıca qarışdırın. Hazır qiyməni bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrın. Kündələrin içərisinə alça, gavalı və ya albuxara turşusu qoyub yuvarlayın. (Bəzi hallarda isə duzlu yumurta qoyulur). Küftələri qaynar suya salıb bişirib çıxarın. Qazanda qaynayan suya duz, sarıçiçək və ya tomat vurub küftələri də içinə əlavə edib bişirin. Daş küftəsinə bəzi bölgələrdə kartof da vurulur.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz