Azərbaycancaaz
Mir.az » Resept » Doyurucu Noxudlu Küftəli Şorba Resepti

Doyurucu Noxudlu Küftəli Şorba Resepti

50
asan resept,asan yemək resept,sadə resept
835 calories, 8 grams fat
Doyurucu Noxudlu Küftəli Şorba Resepti

Yemək Haqqında:

Yemək mətbəxindən Şorba resepti.
Noxud və küftənin mükəmməl harmoniyası bu dəfə şorbada görüşür və damaqda iz buraxan ləzzət partlayışına çevrilir. Əminik ki, bu şorba ən sevdiyiniz yeməklərdən biri olacaq. Əgər evdə qaynamış noxud varsa, onu hazırlamaq çox asandır. Küftələrin hazırlanmasının yalnız çətin və vaxtaparan hissəsi kiçik-kiçik küftələr etməkdir.Lakin nə qədər böyük edəcəyiniz tamamilə sizə bağlıdır, buna görə seçim sizindir.
Şorba həm doyurucu, həm də çox qidalıdır.Küftələrinizi qızartmadan da bişirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 1/2 çay stəkanı düyü
  • 7 stəkan su
  • 1 stəkan qaynadılmış noxud
  • 1 çay qaşığı duz

  • İçi üçün:
  • 2 xörək qaşığı un
  • 1 yumurta sarısı
  • 2 xörək qaşığı qatıq

  • Küftə üçün:
  • 175 qram qiymə
  • 1 ədəd soğan
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

  • Qızartmaq üçün:
  • 1 stəkan duru yağ

  • Üzəri üçün:
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı quru nanə

Hazırlanma qaydası:

Soğanı sürtkəcdən keçirib qiymə və ədviyyatları əlavə edib yoğurduqdan sonra fındıq qədər böyüklüyündə küftələr düzəldin. Küftələri soyuması üçün soyuducuya qoyun.
Düyünün üzərinə 1 stəkan su töküb ocağı yandırıb düyü yumşalana qədər bişirin.
Sonra düyünün üzərinə qalan 6 stəkan suyu əlavə edib qaynamağa qoyun.Qaynamağa başlayanda qaynadılmış noxudu əlavə edin.
Qatığı,yumurta sarısını və unu yaxşıca qarışdırın.Qaynayan şorbadan bir çömçə götürüb hazırladığınız qarışıma əlavə edib davamlı qarışdıb şorbaya əlavə edin.
Şorba bir burum daha qaynadıqdan sonra ocağı söndürün.
Ayrı tavaya yağı töküb küftələri yaxşıca qızardın.
Şorbaya qızardılmış küftələri əlavə edib ocağı yandırın və yenidən bir burum qaynadın.
Servis boşqabına şorbanı çəkin. Ayrı tavada zeytun yağında qızdırdığınız nanəni üzərinə töküb süfrəyə verin.


NUŞ OLSUN ?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz