Azərbaycancaaz
Mir.az » Resept » Hər Süfrədə Sevilir : Mayonezli Kartof Salatı Resepti

Hər Süfrədə Sevilir : Mayonezli Kartof Salatı Resepti

152
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Hər Süfrədə Sevilir : Mayonezli Kartof Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Hazırlanması olduqca asan və sevdiyiniz edviyyatlarla ləzzətinə ləzzət qatacağınız bir salat.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

4 ədəd böyük ölçü kartof
2 ədəd turşu xiyar
2 xörək qaşığı süzülmüş qatıq
3 xörək qaşığı mayonez
4 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər tozu
1 dəstə şüyüd
2 diş sarımsaq

Hazırlanma qaydası:

Kartofun qabığını soyub duz əlavə edib qaynamağa qoyun.
Qaynamış kartofları kub şəklində kəsib dərin bir qaba qoyun.Üzərinə qatıq və mayonez əlavə edib qarışdırın.
İncə doğranmış şüyüd, kub şəklində doğranmış turşu xiyar və rəndələnmiş sarımsaq əlavə edin.
Sonda qara bibər və duz əlavə edib yaxşıca qarışdırın. Servisə hazırdır.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz