Azərbaycancaaz
Mir.az » Resept » Tamam Fərqli Bir Dad: Köz Bibərli və Qatıqlı Kartof Salatı Resepti

Tamam Fərqli Bir Dad: Köz Bibərli və Qatıqlı Kartof Salatı Resepti

52
asan resept,asan yemək resept,sadə resept
820 calories, 8 grams fat
Tamam Fərqli Bir Dad: Köz Bibərli və Qatıqlı Kartof Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Bu vaxta kimi bir çoxlarınız evdə mayonezli ,qatıqlı , kartoflu salatlar hazırlayıb və ya restoranlarda yemisiniz. Amma bu o salatlardan çox fərqlidir. Çünki , tərkibində qovrulmuş qırmızı bibər var. Sizdə mütləq hazırlayıb dadına baxmalısınız.
Qızardılmış bibərləri sobada qovurub əvvəlcədən dondurucuda saxlaya bilərsiniz və ya marketlərdə rahatlıqla tapa biləcəyiniz konservləşdirilmiş bibərlərdən də istifadə edə bilərsiniz.
İstəsəniz, kartofla birlikdə qovrulmuş badımcan əlavə edərək bu salatı zənginləşdirə və dadına dad qata bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 3-4 ədəd kartof
  • 4 ədəd turşu xiyar
  • 3 ədəd qovrulmuş bibər
  • 1 ədəd kök
  • 3 ədəd baş soğan
  • 1 çimdik təzə nanə
  • 2 stəkan qatıq
  • 5 xörək qaşığı mayonez
  • 2-3 diş əzilmiş sarımsaq
  • Duz ( zövqə görə)
  • 1 stəkan konservləşdirilmiş qarğıdalı

Hazırlanma qaydası:

Kartofu qaynadıb qabığını soyun və kub formasında doğrayın.
Turşu xiyarı və qızarmış bibəri kiçik kub formasında doğrayın.
Kökün qabığını soyub sürtgəcdən keçirin.
Soğanı və nanəni xırda doğrayın.
Qatıq, mayonez, əzilmiş sarımsaq və duzu böyük bir qaba töküb qarışdırın.
Üzərinə kök, qırmızı bibər, turşu xiyar,qarğıdalı, doğranmış göyərti və kartofu əlavə edib yenidən qarışdırın.
Salat hazırdır ! Süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz