Azərbaycancaaz
Mir.az » Resept » Görünüşü ilə Sanki Bir Tort : Toyuqlu Göbələkli Salat Resepti

Görünüşü ilə Sanki Bir Tort : Toyuqlu Göbələkli Salat Resepti

77
asan resept,asan yemək resept,sadə resept
10-12 calories, 10-12 grams fat
Görünüşü ilə Sanki Bir Tort : Toyuqlu Göbələkli Salat Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Salat resepti.
Bayram və ya ad günü üçün süfrəyə verilən salatlarla qonaqlarınızı təəccübləndirə bilərsiniz. Az toyuqlu, marinə edilmiş gobələkli salatı sizdə hazırlayın. Dadına heyran qalacağsınız.

NEÇƏ NƏFƏR ÜÇÜN

10-12 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 1 banka marinə edilmiş göbələk
  • 300 qram toyuq filesi
  • 2 ədəd yerkokü
  • 3 ədəd kartof
  • 3 ədəd yumurta
  • 3 ədəd turşu xiyar
  • 2 tikə marinə edilmiş bibər
  • 1 banka konservləşdirilmiş qarğıdalı
  • 1 dəstə yaşıl soğan
  • 300-400 qram mayonez
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

Əvvəlcə kartof, yerkökü və yumurtanı bişirin.
Toyuq filesini doğrayıb ,duz istiot vurub yağda 3-4 dəqiqə qovurun.
Qabığı soyulmuş yumurta, kartof, yerkökü, turşu xiyar, marinə olunmuş bibər və yaşıl soğanı xırda -xırda doğrayıb,qarğıdalının və göbələklərin isə suyunu süzün. ( Qarğıdalıdan üzəri üçün bir az kənara qoyun).
Diametri 26 sm olan dairəvi qəlibi streç sellofana sərib süzülmüş göbələkləri bütöv şəkildə papaqları aşağı olmaq şərtiylə düzün. Üzərinə əvvəlcə xırda doğranmış yaşıl soğanı ardı ilə isə yerkökünü düzüb ,duz və istiotlayıb mayonezləyin. Üstündən toyuq filesi qızartmasını və onun üstündən də doğranmış turşu xiyar, bibər, qarğıdalı dənələri düzüb , duz və istiotlayıb mayonezləyin. Ardı ilə xırda doğranmış yumurta düzüb, duz və istiotlayıb mayonez çəkin.Ən son qata isə kartof düzüb duz və istiotlayıb mayonez çəkin.Salatın üzərini alüminium folqa ilə örtüb 6-7 saatlıq soyuducuya yerləşdirin.
Daha sonra alüminium folqanı çıxarıb böyük boşqabla salatı örtün. Salatı boşqaba çevirib streç sellofanı ehtiyyatla çıxarın. Üzəri üçün ayırdığınız qarğıdalı dənələrini salatın kənarlarına düzüb süfrəyə verə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz