Dönərin Qardaşı: Şaurma Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Dadı toyuq dönəri dadına çox bənzəyir. Şaurmanı toyuq dönəri və ya dönərdən fərqləndirən ən əhəmiyyətli xüsusiyyət sousdur. Qatıq, tahin, sarımsaq və limonla hazırlanan sousla servis edilir.
Kartof qızartması, turşu və göyərti ilə hazırlandıqda kifayət qədər dadlıdır. Şaurma hazırlamaq üçün sizi mətbəxə dəvət edirem.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1 ədəd toyuğun döş ətiMarinad üçün:
2-3 xörək qaşığı qatıq
3 xörək qaşığı zeytun yağı
1 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı kəklikotu
1 çay qaşığı kimyon
Sous üçün:
2 xörək qaşığı tahin
2-3 xörək qaşığı qatıq
1 diş sarımsaq
Yarı limonun suyu
Hazırlanma qaydası:
Döş ətini uzun formada (julyen) doğrayın. Marinad üçün bütün inqrediyentləri dərin bir qabda qarışdırın. Bu qarışıma toyuq ətini də əlavə edib üzərini örtüb ən azı 1 saat saxlayın.
Toyuq ətini isti tavaya qoyub daim qarışdıraraq yüksək odda bişirin.
Ayrı bir qabda sous üçün inqrediyentləri qarışdırın. Lavaşın üzərinə sousu yayın.Toyuğu sousun üzərinə qoyun. Qızardılmış kartof, turşu, istəyə görə göyərti də əlavə edərək bükün.

Şərhlər 0
Şərh Yaz