Azərbaycancaaz
Mir.az » Resept » Toyuqlu və Göbələkli Jülyen Resepti

Toyuqlu və Göbələkli Jülyen Resepti

83
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
Toyuqlu və Göbələkli Jülyen Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bir çoxları kafe və restoranlarda yedikləri Jülyen yeməyinin hazırlanmasının çox çətin və zəhmətli olduğunu düşünür. Əslində bütün məhsullar əvvəlcədən qızardılıb daha sonra xüsusi oda davamlı bir porsiyalıq qablara yerləşdirib sobada bişirilir. Ancaq toyuq və göbələkli Jülyeni tavada bişirməklə hər şeyi daha asan edə bilərsiniz. Minimum qabla tavada cəmi 5 dəqiqəyə ləzzətli Jülyen yeməyini hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

150 qram toyuq filesi
4 xörək qaşığı xama
150 qram şampinyon göbələyi
1/2 soğan
30 qram kərə yağı
50 qram bərk pendir
1 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanma qaydası:

İlk öncə göbələkləri yaxşıca yuyun.
Toyuq filesini xırda kub şəklində doğrayın.
Kərə yağının yarısını qızdırın və toyuq filesini yağda qızardın.
Zəif ocaqda yarım saat bişən toyuq filesini boşqaba tökün.
Daha sonra yağlı tavada xırda doğranmış soğanları yumşalanadək bişirin və üzərinə nazik dilimlənmiş göbələkləri də əlavə edib 2-3 dəqiqə daha bişirin. Xırda doğranmış sarımsaq, duz və istiot əlavə edib qarışdırın. Üzərinə boşqaba tökdüyünüz qızardılmış toyuq filesini və xamanı əlavə edib qarışdırmağa davam edin.
Ocaqda qabarcıqlar yaranana qədər isidin və sürtgəcdən keçilmiş pendiri üzərinə tökün və əriyənədək 1-2 dəqiqə gözləyin.
Toyuqlu və göbələkli Jülyen yeməyini isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz