Yeni İl Süfrələrinizi Bəzəyən , Görünüşü İlə Göz Oxşayan Salat Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Salat resepti.
Yeni il yaxınlaşır. Sizdə dadı və görünüşü ilə qonaqlarınızı qısqandıracaq yeni il ab - havasında salat və şirniyyatlar hazırlamağa nə deyirsiz? Onda mir.az saytındakı reseptlərə buyurub baxa bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
20 nəfərlikHAZIRLIQ VAXTI
45 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
4 ədəd kartof5 ədəd kök
350- 400 qram toyuq sinəsi
6 ədəd duzlu xiyar
1 banka konservləşdirilmiş qarğıdalı
200 qram holland pendir
2 ədəd xama 30%
1 dəstə şüyüd
Mayonez
Duz
İstiot
Hazırlanma qaydası:
Əvvəlcə toyuğun sinəsini , kartofu , kökü qaynamağa qoyun. Qaynadıqdan sonra kartofun , kökün qabığını soyub sürtkəcdən keçirin , toyuğun sinəsini isə didin. Xiyarı xırda -xırda doğrayıb (istəsəniz sürtkəcdən də keçirə bilərsiz)qarğıdalı ilə bərabər suyunu süzməyə buraxın.
Salat hazırlayacağınız qabı götürüb ardıcıllığla kartof , kök , toyuğun sinəsi , turşu xiyar , qarğıdalı qat-qat yığılıb, arasına mayonez , xama, duz , istiot səpilir. Üzəri holland pendiri ,nar , qarğıdalı, şüyüdlə bəzədilir.
( Siz zövqünüzə görə də bəzəyə bilərsiz ).
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz