Yeni İl Ağacı ( Yolka ) Formasında Gavalı Salatı Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Salat resepti.
Azərbaycan mətbəxində salat növləri olduqca çoxdur. Hər birinin özünəməxsus dadı , ləzzəti olur. Gavalı salatı xüsusilə seçilir. İçinə əlavə olunan gavalı öz aroması ilə damaqlarda əvəzolunmaz dad buraxır. Sizdə yeni il süfrələrinizi Yeni il Ağacı formasında hazırlayacağınız gavalı salatı ilə bəzəyin. Hamı sizin əl qabiliyyətinizə heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
15 nəfərlikHAZIRLIQ VAXTI
45 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
100 qram qara gavalı100 qram toyuğun döş əti
100 qram qoz ləpəsi
2 ədəd kartof
2 ədəd kök
2 ədəd yumurta
1 dəstə şüyüd ( üzəri üçün )
Mayonez
Duz
İstiot
Hazırlanma qaydası:
Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülür, bişənə kimi qaynadılır. Bişdikdən sonra qabıqları soyulur.
Toyuq suda bişirilir. Bişdikdən sonra əlnən xırda hissələrə ayrılır və ya bıçaqla xırda doğranılır.
Gavalı doğranılır,qoz ləpələri maşından keçirilərək üyüdülür
Salat hazırlanarkən ilk növbədə qaba az miqdarda mayonez vurulur.
Kartof, kök , yumurta sürtkəcdən keçirilir, üzərinə duz , istiot , qoz və mayonez vurulub , digər inqrediyentlərdə əlavə olunub yeni il ağacı formasında hazırlanır.
Siz zövqünüzə görə də hazırlaya bilərsiz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz