Azərbaycancaaz
Mir.az » Resept » Qonaqlar Qısqandı: Kartof Çanağında Kök Salatı Resepti

Qonaqlar Qısqandı: Kartof Çanağında Kök Salatı Resepti

91
asan resept,asan yemək resept,sadə resept
610 calories, 6 grams fat
Qonaqlar Qısqandı: Kartof Çanağında Kök Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Kartof süfrələrimizin əvəzolunmazıdır. Yay-qış istifadə etməkdən bezmirik, ondan müxtəlif reseptlər hazırlayırıq. Biz ondan daha çox qışda yeməklərdə, yayda salatlarda istifadə edirik. Mətbəximizə geniş istifadə edilən bu tərəvəzi çox sevirik.
İndi isə sizə həm günorta çayınıza, həm də qonaq süfrələrinizə yaraşacaq reseptimiz var. Mir.az sizə kartof qabında ( çanağında ) kök salatının reseptini təqdim edir. Kartof və kökün mükəmməl harmoniyasını həm boşqabınızda, həm də damağınızda hiss edəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 3 ədəd kök
  • 3 ədəd kartof
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığıçqara istiot
  • 2 xörək qaşığı süzmə qatıq
  • 2 xörək qaşığı mayonez
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı köri
  • 1 ovuc əzilmiş qoz ləpəsi

Hazırlanma qaydası:

Kökü soyub sürtgəcdən keçirin.
Tavaya zeytun yağı əlavə edin qızdırın və kökü töküb qovurun.
Kök yumşaldıqdan sonra soyuması üçün kənara qoyun.
Kartofu soyun və qaynadıb əzib.Duz və istiot əlavə edib qarışdırın.
Bir qaba süzmə qatıq, mayonez, kök, ədviyyatlar, sarımsaq və əzilmiş qoz töküb qarışdırın.
Əzdiyiniz kartofdan götürüb əlinizdə yumrulayın və qab ( çanaq ) şəklini verib içinə hazırladığınız kök qarışığından qoyun. Kartof əzməsi bitənə qədər eyni prosesi təkrar edin.
Bitdikdən sonra süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz