Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Yaxınlaşır : Ağappaq Yeni İl ( Milad ) Tortu Resepti

Yeni İl Yaxınlaşır : Ağappaq Yeni İl ( Milad ) Tortu Resepti

829
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Yeni İl Yaxınlaşır : Ağappaq Yeni İl ( Milad ) Tortu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şırniyyat resepti.
Yeni il yaxınlaşdıqca süfrənizi şənləndirəcək torta nə deyərsiniz? Ağappaq qar kimi, yeni ilə ağ səhifə açmış kimi , ağzımızı şirinləşdirməyə hazırsınızsa, buyurun sizə rulon şəklində kokosla örtülmüş Milad tortu.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

1 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 8 ədəd yumurta
  • 100 qram şəkər tozu
  • 1 çay qaşığı duz
  • 1/2 limon suyu
  • 1 ədəd limonun qabığı
  • 1 stəkan un
  • 1/2 stəkan süd

  • Krem üçün:
  • 200 qram labne
  • 200 ml qaymaq
  • 1 paket krem şanti
  • 2 xörək qaşığı pudra şəkər
  • 1 paket vanil
  • Arası üçün:
  • Bişmiş qatılaşdırılmış süd ( varyonka )
  • ( zövqə görə qoz , damla şokoladda istifadə edə bilərsiz )

  • Üzəri üçün:
  • 40 qram ağ şokolad
  • 3 ədəd duzlu çubuq ( kraker )
  • 6 ədəd Hindistan cəvizi topları ( raffaello )
  • 1 kasa Hindistan cəvizi tozu

Hazırlanma qaydası:

Yumurtaların ağından sarısını ayırın.
Ağlara bir çimdik duz atıb ağarana qədər mikserlə çalıb kənara qoyun.
Sarısına şəkər tozu və vanil əlavə edib imikserlə 2 dəqiqə çalın.Limon qabığı, limon suyu və südü əlavə edib spatula ilə qarışdırdıqdan sonra unu ələyərək əlavə edib qarışdırma prosesinə davam edin. Daha sonra yumurta ağını sarılarına əlavə edib yavaş-yavaş 3 dəfə qarışdırın.
Böyük düzbucaqlı soba nimçəsinə yağlı kağızı sərib üzərinə xəmiri töküb yaxşıca yayırıq.
Əvvəlcədən isidilmiş sobada 170 dərəcə 20 dəqiqə bişirin.
Bişmiş tortu dərhal yağlı kağızı ilə masanın üzərinə qoyub 8 sm enində uzununa 4 zolaq kəsin.
Hələ isti tortu kağızdan ayırmadan rulon şəklində bükün.
Bu arada kremi hazirlayaq;labne, krem şanti, qaymaq və pudra şəkərini yaxşıca çalın.
Tortu açıb üzərinə kremin yarısını və bişmiş qatılaşdırılmış süd çəkin.
Birinci zolağı bükün.Ucunu ikinci zolağa qoyub
ucundan bükün və eyni prosesi iki zolağa da tətbiq edib tort boşqabına dik şəkildə qoyuruq.
Üzərinə və ətrafına qalan kremi yayın.
Kremlə örtülmüş tortun hər tərəfinə kokos səpib soyuducuya qoyun.
Ağ şokoladı hər 10 saniyədən bir mikrodalğalı sobada əridin (istəsəniz benmaridə də əridə bilərsiniz).
Şokoladı krem torbasına töküb ucunu yarım kəsin.
Kraker çubuqlar aşağıdan yuxarıya doğru əyərək bir yolka ağacı şəklini çəkin. Kokos səpin dondurmaq üçün soyuducuya qoyun.
Şokolad dondurulduqdan sonra tortunuzu bəzəyə bilərsiniz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz