Azərbaycancaaz
Mir.az » Resept » Ləzzətli və Doyumcul Heyvalı Toyuq Salatı Resepti

Ləzzətli və Doyumcul Heyvalı Toyuq Salatı Resepti

51
asan resept,asan yemək resept,sadə resept
40 calories, 4 grams fat
Ləzzətli və Doyumcul Heyvalı Toyuq Salatı Resepti

Yemək Haqqında:

Avropa mətbəxindən Salat resepti.
Heyva qışda bol olan və şəfa mənbəyi meyvələrdəndir. Heyvanı salata yaraşdıranlar bu ləziz salatı hazırlayıb süfrəyə verə bilər. mir.az heyvalı toyuq salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

0 dəqiqə

Tərkibi:

  • 2 ədəd toyuq filesi
  • 1 ədəd iri ölçülü heyva
  • 2 ədəd iri ölçülü yerkökü
  • 2 ədəd orta ölçülü kartof
  • 2-3 ədəd turşu xiyar
  • 1 banka (orta ölçülü) konservləşdirilmiş qarğıdalı dənəsi
  • 1 dəstə şüyüd
  • duz, istiot
  • mayonez və xama

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini az duzlu suda bişirin. Bişən toyuq filesini sudan çıxarıb soyudun və didin. Yerkökü və kartofu da suda bişirib soyudun. Soyuyan tərəvəzləri kub formasında doğrayın. Heyvanı da çiy halda doğrayın. Şüyüdü xırda doğrayın. Dərin bir qabda didilmiş toyuq filesini, doğranmış kartof, yerkökü, heyva, turşu xiyar, şüyüd, suyu süzülmüş konservləşdirilmiş qarğıdalı dənəsi, duz, istiot, xama və mayonez əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz