İmmunitetiniz Güclənsin. Toyuq Suyu İlə Şorba Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Qış artıq gəldi. Xəstə olmamaq , ayaqda dura bilmək üçün əvvəlcə canımız sağlam olmalıdır. Can sağlığı üçün ilk növbədə köməyimizə sağlıqlı qidalar çatır. Xəstələrə şəfa , olmayanlara qüvvət verəcək sağlıqlı Toyuq şorbası.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
1 stəkan arpa əriştəsi( arpa şehriye )2 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
1/2 toyuğun döş əti
1 xörək qaşığı kərə yağı
2xörək qaşığı duru yağ
1 çay qaşığı duz
(zövqünüzə görə artıra və ya azalda bilərsiniz)
3,5 stəkan isti su
(sevdiyiniz qatılığa görə artıra və ya azalda bilərsiniz)
Hazırlanma qaydası:
Toyuğun döş ətinə əvvəlcədən duz əlavə edərək qaynadılır və doğranılır.
( Toyuğun suyu saxlanılır )
Yaşıl və qırmızı bibər təmizləndikdən sonra eninə xırda doğranılır.
Tavaya kərə yağı və duru yağı qoyub əridikdən sonra 1 stəkan arpa əriştəni əlavə edib çəhrayı rəng alana qədər qovrulur.
Doğranmış qırmızı və yaşıl bibərləri də əlavə edib birlikdə 2-3 dəqiqə qızardın.
Saxladığınız toyuq suyu və 1ədəd toyuq bulyonunu suda həll edib şorbaya əlavə edin.
Bir-iki dəqiqə qaynadıqdan sonra xırda-xırda doğranmış toyuqlar da şorbaya əlavə edilir. Şorbanın duzunu yoxlayın. Az olarsa əlavə edə bilərsiz.
Az odda bişməyə başlayın. İsti halda servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz