Əsl Göbələkdən Belə Seçilməyən :Göbələk Peçenyesi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Göbələk peçenyeləri kərə yağı ilə hazırlanmış fərqli dada , aromaya sahibdir.Xüsusilə balacaların sevdiyi ləzzətli dada çevrilir. İstəsəniz içinə şokolad da qoyub dadına dad qata bilərsiniz. Bu peçenye həm görünüşü, həm də dadı ilə favoritlərinizdən olmağa namizəddir.

NEÇƏ NƏFƏR ÜÇÜN
24 nəfərlikHAZIRLIQ VAXTI
40 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
125 qram otaq temperaturunda kərə yağı1 ədəd yumurta
1/2 stəkan toz şəkər
2 stəkan nişasta
1/2 paket qabartma tozu
1 paket vanil
1 stəkan un
Üzəri üçün:
1 çay qaşığı kakao
Hazırlanma qaydası:
Kərə yağı, yumurta və şəkər tozunu dərin bir qaba töküb mikserlə çalın.Nişasta, qabartma tozu və vanili əlavə edib yoğurmağa başlayın.
Unu yavaş-yavaş əlavə edib yumşaq, lakin ələ yapışqan xəmir alınana qədər yoğurun.
Hazırladığınız xəmirdən qoz böyüklüyündə parçalar götürüb yumrulayın və yağlı kağız sərilmiş soba qabına qoyun.
Boşqaba bir çay qaşığı kakaonu töküb plastik butulkanın ağzını kakaoya batırıb peçenyelərin üzərinə basın.Bu sizə göbələk formasını verəcəkdir.
Bütün peçenyeləri bu şəkildə hazırladıqdan sonra əvvəlcədən isidilmiş 175 dərəcə sobada 18 dəqiqə bişirin və sobadan çıxardıqdan soyumasını gözləyib servis edə bilərsiz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz