Azərbaycancaaz
Mir.az » Resept » Əsl Tənbəl Yeməyi: Pomidorlu Mayonezli Sendviç

Əsl Tənbəl Yeməyi: Pomidorlu Mayonezli Sendviç

53
asan resept,asan yemək resept,sadə resept
15 calories, 1 grams fat
Əsl Tənbəl Yeməyi: Pomidorlu Mayonezli Sendviç

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Uşaqların sevəcəyi , əsl tənbəl yeməyi. Pomidor və mayonezin birləşməsindən , qızardılmış çörəklərdən ortaya dadlı , ləzzətli bir sendviç çıxır. Məncə , buna heç kim yox deyə bilməyəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

2 dilim çörək
2 xörək qaşığı zeytun yağı
1 ədəd pomidor
1 xörək qaşığı mayonez

Marinad üçün:
1 xörək qaşığı soya sousu
1 xörək qaşığı alma sirkəsi
1 çimdik kəklikotu
1 çimdik qırmızı bibər tozu

Hazırlanma qaydası:

Pomidoru soyub iri halqa şəklində doğrayın.
Marinad üçün inqrediyentləri bir qabda qarışdırın. Pomidorları bu qarışımla qarışdırıb beş dəqiqə gözləyin.
Çörəkləri zeytun yağı ilə yağlayıb tavada hər iki tərəfini qızardın. Qızardılmış çörəklərdən birinin üzərinə mayonez çəkib pomidorları qoyun. Sonra digər çörəyin üstünü örtüb servis edin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz