Türkiyə Mətbəxindən İslim Kababı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Bu gün qonaqlarım var, nə bişirim? Asan, lakin özəl bir resept hazırlamaq istəyirəm' deyənləri mir._az saytına dəvət edirem.Budur səliqə ilə hazırlanmış nahar süfrəsinə uyğun Türkiyə mətbəxindən İslim kababı!
İslim kabab əvvəlcədən hazırladığınız və qızartdığınız iri kotletlər və badımcanlarla hazırlanır. Qızardılmış badımcanlarla kotletlər bükülür və pomidor sousunun köməyi ilə sobada bişən kabablar nar kimi qızarır , ləzzətli olur. Diş çöpü kabab kimi də tanınan bu reseptin hazırlanması çox asan görünsə də çox yorucudur. Amma süfrəyə qoyduqdan , dadını aldıqdan sonra bütün yorğunluqlar unudulur.
*Zövqünüzə uyğun mal ətini bir az quzu əti ilə qarışdıra da bilərsiniz.
Sürtkəcdən keçilmiş soğanın suyunu sıxıb istifadə edin.
Kotletləri yumurta əlavə etmədən bir gün saxlayıb da bişirə bilərsiniz. Uzun müddət qalan kotletlər daha dadlı olur.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
4 ədəd badımcan3 xörək qaşığı zeytun yağı
2 ədəd pomidor
2 ədəd yaşıl bibər
Kotlet üçün:
500 qram orta yağlı mal əti
1 ədəd soğan
1 dilim çörəyin qırıntıları
2 diş sarımsaq
1 ədəd yumurta
1 çay qaşığı duz
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı kimyon
1 çay qaşığı qara istiot
Sous üçün:
2 xörək qaşığı zeytun yağı
2 ədəd pomidor
1 diş sarımsaq
1/2 stəkan isti su
1/2 çay qaşığı duz
1 çay qaşığı qara istiot
Hazırlanma qaydası:
Ala-ala qabıqlarını soyduğunuz badımcanları iti bıçaqla uzun,nazik zolaqlara kəsib duzlu suya qoyun.
Qiymənin üzərinə sürtkəcdən keçilmiş soğan, yumurta,çörək qırıntıları, sarımsaq, duz, qara bibər,qırmızı bibər və kimyon əlavə edib təxminən 10-15 dəqiqə yoğurun.
Yoğurduğunuz qiymədən portağal böyüklüyündə kotletlər hazırlayıb tavada hər tərəfini qızardın.
Duzlu suda olan badımcanların suyunu süzüb bol suda yuyun. Yuduqdan sonra salfetlə qurulayıb qızardın.Artıq yağı getsin deyə salfetin üzərinə qoyun.
Yaşıl bibərləri dörd bərabər hissəyə ,pomidorları isə yarıya bölün.
İki ədəd qızardılmış badımcanı üstəgəl formada servis qabına qoyun. Orta hissəyə qızardılmış kotleti qoyub badımcanların hər tərəfini birləşdirin.
Üzərinə bir ədəd yaşıl bibər və bir ədəd pomidor qoyub diş çubuğu ilə bərkidin. Bütün kotletləri eyni şəkildə hazırlayıb soba qabına qoyun.
Sousu üçün kiçik bir qazanda zeytun yağını qızdırıb pomidor və sarımsağı bişirin. Duz və istiot əlavə etdikdən sonra 4-5 dəqiqə qaynadıb ocaqdan götürün.
Hazırladığınız sousu badımcanların üzərinə gəzdirərək tökün.
İslim kabablarını əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30 dəqiqə bişirin və sonra isti servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz