Azərbaycancaaz
Mir.az » Resept » Unudulmaz Dad : Pomidor Souslu Badımcanlı Küftə Resepti

Unudulmaz Dad : Pomidor Souslu Badımcanlı Küftə Resepti

120
asan resept,asan yemək resept,sadə resept
435 calories, 4 grams fat
Unudulmaz Dad : Pomidor Souslu Badımcanlı Küftə Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Xüsusi dəvət süfrələrinə uyğun ,hazırlanması çox çətin olmayan dadlı badımcanlı küftə yeməyi hazırlaya bilərsiniz. Mir.az bol pomidorlu sousda sobada badımcanlı küftə yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 2 ədəd badımcan

  • Küftəsi üçün:
  • 300 qr qiymə
  • 1 çay qaşığı bibər tomatı
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı suxari tozu
  • 1 ədəd rəndələnmiş, suyu sıxılmış soğan
  • 1 diş rəndələnmiş sarımsaq
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot

  • Pomidorlu sousu üçün:
  • 3 xörək qaşığı zeytun yağı
  • 2 ədəd rəndələnmiş pomidor
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1/2 stəkan isti su

  • Badımcanı qızartmaq üçün:
  • 2 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Badımcanların saplaq hissəsini kəsib uzun şəkildə dilimləyin. Uzun badımcan dilimlərini duzlu suya qoyub, acı suyu çıxıb ,suyun rəngi qaralanadək saxlayın.
Küftəni hazırlamaq üçün bir qaba qiymə, bibər tomatı, zeytun yağı, soğan, suxari tozu, sarımsaq, duz və istiotu əlavə edib qarışdırı və kiçik küftələr hazırlayın.
Badımcanları sudan çıxarıb kağız salfetlə quruladıqdan sonra azca qızmış zeytun yağlı tavada hər iki üzünü yüngül qızardın. Qızarmış badımcanların hər birinin içərisinə kiçik küftə qoyub bükün və diş çöpü batıraraq bərkidib soba qabına qoyun. Bu prosesi badımcan və küftələr qurtaranadək edin.
Pomidorlu sousu hazırlamaq üçün bir qaba rəndələnmiş pomidor, zeytun yağı, istiot, bibər tozu və isti suyu töküb qarışdırın və pomidorlu sousu badımcanların üzərinə gəzdirin. Soba qabının üzərini yağlı kağızla örtüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Sobadan çıxartdıqdan sonra çöpləri çıxarıb ,boşqaba düzüb servis edə bilərsiniz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz