Qanaş Kremi İlə Şokoladlı Keks Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Qəhvə tünd şokoladın dadını vurğulayır, keksə iştahaaçan və zəngin rəng qatır. Qənnadı qızıl isə bu keksləri xüsusilə zərif və təntənəli edir. Ənənəvi fransız qanaş kreminin tərkibi bir neçə əsrdir ki, dəyişməyib: yüksək keyfiyyətli tünd şokolad, yağlı qaymaq və yaxşı kərə yağı. Sousda əsas şey vahidlikdir, buna görə də yaxşıca qarışdırılmalıdır. Qanaş kremi nə qədər qatı olsa, keks qapaqları öz formasını bir o qədər yaxşı saxlayacaq. Qanaş kremini hazırlamağa vaxtınız yoxdursa, kekslərin üzərinə hazır şokolad sousu tökə bilərsiz

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
2 ədəd yumurta1 stəkan şəkər tozu
1 stəkan yarım un
170 qram kərə yağı
1/2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı soda
35 qram kakao
200 ml xama
3/4 çay qaşığı duz
90 ml təzə dəmlənmiş qəhvə
Krem üçün :
270 ml qaymaq 35 %
1 paket vanil
255 qram acı şokolad
40 qram bəkməz və ya bal
Hazırlanma qaydası:
Kakao, qəhvə, unu, qabartma tozunu, soda , vanil və duzu qarışdın.
Kərə yağı və şəkər tozunu tavada əridib soyuyana qədər mikserlə 5 dəqiqə çalın. Yumurtaları bir-bir əlavə edib kakao və qəhvə qarışığını əlavə edin. Un qarışığının yarısını ora töküb qarışdırın. Sonra xama əlavə edib yenidən qarışdırma prosesini davam etdirin.Və yalnız bundan sonra qalan un qarışığını əlavə edin.
Xəmiri keks qablarına düzüb 20 dəqiqəlik 175 dərəcə isidilmiş sobaya qoyun.
Bəkməz və qaymağı tam qaynadın. Şokoladı xırda-xırda doğrayıb enli qaba qoyunəüzərinə qaynar qaymaq tökün. 15-20 saniyədən sonra əriyən parçaları yumşaq qaşıqla qarışdıraraq tamamilə homojen hala gətirin – ortadan başlayıb tədricən bütün şokoladı əridin.
Kremi soyuducuya qoyub formasını saxlayacaq qədər donduqdan sonra arabir qarışdırın. Sonra kremi xəmir torbasına qoyub hazır kekslərin üzərinə sıxın. Krem papaqlarını qənnadı qızılı ilə bəzəyin.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz