Azərbaycancaaz
Mir.az » Resept » Dərman kimi təsir edəcək : Asan Xəstə Şorbası Resepti

Dərman kimi təsir edəcək : Asan Xəstə Şorbası Resepti

91
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Dərman kimi təsir edəcək : Asan Xəstə Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemık resepti.
Soyuq qış aylarına qədəm qoyduqca çoxumuz soyuqdəymədən şikayətlənirik. İmmunitet sistemimizi təsir edən soyuqdəymə üçün ən böyük vasitə istirahət və təbii ki, qidalanmadır. İmmuniteti gücləndirən C vitaminini süfrələrimizdən əksik etməməli olduğumuz bu günlərdə praktik, dadlı və dərman kimi şorbalar ən çox ehtiyac duyduğumuz qidaya çevrilir.

Beləliklə, böyüklərimizin asanlıqla hazırlaya biləcəyi, bizi ayağa qaldıran və soyuqdəyməyə mükəmməl gələn şorba reseptimiz var! Xəstəlikləri şorba ilə dəf edirik, sağlam və dadlı günlər arzulayırıq! Buyurun, hazırlayıb içə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 4 ədəd pomidor
  • 1 stəkan xırda , incə vermişel
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı duru yağ
  • 1/2 dəstə cəfəri
  • 1 çay qaşığı duz (artırmaq və ya azaltmaq olar)
  • 2 çay qaşığı qara istiot
  • 2 çay qaşığı qırmızı acı pul bibər
  • 2 litr su (istəyə görə toyuq suyu)
  • 1/2 ədəd limonun suyu

Hazırlanma qaydası:

Şorba bişirəcəyiniz qazana kərə yağı və duru yağı əlavə edib yağ qızdıqdan sonra rəndələnmiş pomidorları əlavə edin.
Pomidorlar yüngülcə süzülənə və qoxusu çıxana qədər bişirin.
Sonra vermişel ,duz, istiot və su əlavə edib qarışdırın. Orta istilikdə qaynayana qədər bişirin.
Qaynamağa başlayanda şorbanın xodunu azaldıb aşağı istilikdə 5 dəqiqə daha bişirin.
Az odda daha 5 dəqiqə bişirilən şorbaya cəfəri və limon suyunu əlavə edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz