Azərbaycancaaz
Mir.az » Resept » Qaziantep Mətbəxindən : Təbii Antibyotik Təsiri Verən Şiveydiz Şorbası Resepti

Qaziantep Mətbəxindən : Təbii Antibyotik Təsiri Verən Şiveydiz Şorbası Resepti

9
asan resept,asan yemək resept,sadə resept
660 calories, 6 grams fat
Qaziantep Mətbəxindən : Təbii Antibyotik Təsiri Verən Şiveydiz Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Qaziantep bölgəsinə aid olan Şiveydiz şorbası aprel və may aylarında təzə yaşıl sarımsaqla hazırlanır. Əsas tərkibi quzu əti və təzə sarımsaq olan bu şorba həm də zülal anbarı kimi tanınır. Soyuqdəyməyə yaxşı təsir edir. Dərman istifadə etmək əvəzinə bu şorbadan bir kasa içməklə bədəninizi bütün virus və bakteriyalardan qoruya bilərsiniz. Çox güclü və tamamilə təbii antibiotik təsiri olan bu şorba hazırda virusları məhv edəcək növdür. İmmuniteti də gücləndirən Şiveydiz şorbası tənəffüs yollarının təmizlənməsində də təsirlidir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 1,5 kq ət ( quşbaşı doğranmış)
  • 1 kasa süzmə qatıq
  • 1 stəkan bişmiş noxud
  • 1 çay qaşığı un
  • 1 ədəd yumurta
  • 1,5 kq təzə sarımsaq
  • 1/2 dəstə göy soğan
  • 1 çay qaşığı duz
  • 1/2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı nanə qurusu

Hazırlanma qaydası:

Əvvəlcə ətləri doğrayıb bişirin. Bişən ətlərin üstünə doğranmış sarımsaq, soğan və bişmiş noxudu əlavə edib bişməyə qoyun.
Bir kasa qatığın üzərinə un və yumurta əlavə edib tel çırpıcıyla qarışdırın. Ətin suyundan qatığa az-az əlavə edib tez-tez qarışdırın ki, çürüməsin. İstilənən qatığı qazana əlavə edib 5-6 dəqiqə qaynadın. Duzunu da əlavə edib qarışdırın.
Başqa bir tavada yağı qızdırıb nanə əlavə edin. Nanəli yağı da şorbaya əlavə edib qarışdırın.
Hazır olduqdan sonra faydalı və ləziz şorbanı isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz