Azərbaycancaaz
Mir.az » Resept » Soyuq Qış Günlərinin Əvəzolunmazı: İmmunitetinizi Gücləndirən Çay Resepti

Soyuq Qış Günlərinin Əvəzolunmazı: İmmunitetinizi Gücləndirən Çay Resepti

42
asan resept,asan yemək resept,sadə resept
25 calories, 2 grams fat
Soyuq Qış Günlərinin Əvəzolunmazı: İmmunitetinizi Gücləndirən Çay Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Çay resepti.
Ekinezya qripə qarşı immunitet sisteminizi gücləndirməklə yanaşı, soyuqdəymə, öskürək, bronxit kimi hallarda geniş istifadə edilən bitki mənbəsidir. 1993-cü ildə Almaniyada 108 xəstə üzərində aparılan araşdırmada ekinezya ilə müalicə olunanlarda müsbət nəticələr müşahidə edilmişdir.


Qeyd: Çay reseptinə keçməzdən əvvəl xəbərdarlıq edək: Ekineziya bitkisindən qaraciyər xəstəliklərində, immun sistem xəstəliklərində və hamilə qadınlarda istifadə edilməməlidir. Ekinezyadan istifadə müddəti 10-14 gündən çox olmamalıdır. 15 günlük fasilədən sonra ekineziya yenidən istifadə edilə bilər.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

  • 25 qram cökə
  • 25 qram sürvə çayı (adaçayı)
  • 25 qram məkkə çayı (hibiskus)
  • 25 qram zəncəfil kökü
  • 25 qram ekineziya
  • 25 qram havlıcan
  • 25 qram gül xətimi
  • 25 qram darçın çubuğu
  • 2 stəkan içməli su

Hazırlanma qaydası:

İçməli suyun çaynikə töküb içinə zəncəfil kökü, havlıcan kökü və darçın çubuğu əlavə edin.
Kök bitkiləri aşağı istilikdə qaynamağa qoyun.
Qaynadıqdan bir iki dəqiqə sonra ocaqdan götürüb 2-3 dəqiqə gözləyin.
Nəhayət, Cökə, sürvə ( adaçayı) , məkkə çayı(hibiskus), ekinezya və gül xətimi əlavə edib 5 dəqiqə dəmlənməsini gözləyin.
Dəmlənmiş çayı süzdükdən sonra gündə üç stəkan içməkdaha yaxşıdır. İmmuniteti artırmaq üçün bu çay reseptini sevdiklərinizlə paylaşa bilərsiniz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz