3-4 Gün Saxlaya Biləcəyiniz:Az Duzlu Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Peçenye resepti.
Həmişə şirin olmayacaq, gəlin bu dəfə çayınızın yanına asan,dadlı, duzlu peçenye hazırlayaq. Bankada saxlayıb həftə boyu istifadə edə biləcəyiniz bu ləzzətli duzlu peçenyeni çox bəyənəcəksiniz. Damağınızda qoyacağı dad ilə digər duzlu peçenyelərdən bir addım öndə olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
20 nəfərlikHAZIRLIQ VAXTI
15i dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
2 ədəd ə yumurtanın ağı2 xörək qaşığı sirkə (alma)
1 stəkan duru yağ
2 stəkan un
1 stəkan buğda nişastası
1 çay qaşığı mahlep ( ədviyyat ) ( böyük marketlərdən əldə edə bilərsiz )
2 çay qaşığı duz
Üzəri üçün:
2 ədəd yumurta sarısı
1 xörək qaşığı küncüt
Hazırlanma qaydası:
Yumurtanın ağını və sarısını ayırın. Sarısını kənara qoyun. Yumurtanın ağını, sirkəni və yağı böyük bir qaba töküb qarışım bir az ağarana qədər mikserlə çalın.
Peçenye xəmiri üçün qalan bütün quru inqrediyentləri əlavə edib 1-2 dəqiqə yoğurun ki, peçenye xəmiri birləşsin.
Xəmirdən qoz böyüklüyündə parçalar götürüb əllərinizlə yumry formaya salın.
Hazırlanmış peçenyeləri yağlı kağızla örtülmüş soba qoyub yumurta sarısını fırça ilə çəkin.
Nəhayət, küncütü az-az üzərinə səpib əvvəlcədən isidilmiş sobada 180 dərəcə 15-20 dəqiqə bişirin. Bağlı və hava keçirməyən qabda köhnəlmədən 3-4 gün saxlaya bilərsiniz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz