Azərbaycancaaz
Mir.az » Resept » Soyducuda 2 Ay Saxlaya Biləcəyiniz Börək Resepti

Soyducuda 2 Ay Saxlaya Biləcəyiniz Börək Resepti

1 637
asan resept,asan yemək resept,sadə resept
3225 calories, 32 grams fat
Soyducuda 2 Ay Saxlaya Biləcəyiniz Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən börək resepti.
3 ədəd inqridentlə tez və asan başa gələn ‘’Soyuducu Börəy’’-nin reseptini və hazırlanma qaydasını bu gün sizlərə bölüçürük. Dar günlərdə köməyinəz çatacaq, sizi son anda pis vəziyyətdən xilas edəcək bir reseptdir. ?

NEÇƏ NƏFƏR ÜÇÜN

32 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 6 ədəd yağlı xəmir
  • 250 qram əridilmiş yağ
  • 500 qram qatıq

  • Üzəri üçün:
  • 1 ədəd yumurta sarısı (istəyə görə)
  • 1 xörək qaşığı küncüt (istəyə görə)

Hazırlanma qaydası:

Yağlı xəmiri masanın üstünə yayıb üzərinə fırça ilə əridilmiş kərə yağını çəkin.Bunun ardınca yenə fırça və ya qaşığın köməyi ilə yağlı xəmirin hər tərəfinə çırpılmış qatıq sürtün və üzərinə digər yağlı xəmirləri yayın.Bu şəkildə 3 ədəd yağlı xemirin üzərinə qatıq və yağ səpərək üst-üstə qoyun.
Bıçaqla 16 bərabər hissəyə üçbucaq şəklində kəsib rulon kimi qatlayın.Qalan 3 ədəd yağlı xəmiri də eyni şəkildə hazırlayın.
Hazırladığınız yağlı xəmirləri dərhal bişirəcəksinizsə, onları yağlı kağızla örtülmüş soba qabına qoyun.
Üzərlərinə yumurta sarısı çəkib ,küncüt səpdikdən sonra əvvəlcədən isidilmiş sobada 180 dərəcədə təxminən 25 dəqiqə qızılı rəng alana qədər bişirin, sonra süfrəyə verin.

Əgər dondurucuda saxlayacaqsınızsa, bir qabı soyuq su doldurun, rulon şəkildə kəsilmiş yağlı xəmiri suya batırın və artıq suyunu sıxın, sonra bir qaba qoyub dondurucuya atın.
Dondurucuda təxminən 2 ay saxlaya bilərsiniz. Bişirən zaman soba qabına düzüb yumurta sarısı çəkib ,küncüt səpdikdən sonra sobaya bişməyə qoya bilərsiniz.

NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz