Azərbaycancaaz
Mir.az » Resept » Şirinçayın Yanına Yaraşacaq : Az duzlu ,Sirkəli Peçenye Resepti

Şirinçayın Yanına Yaraşacaq : Az duzlu ,Sirkəli Peçenye Resepti

1 081
asan resept,asan yemək resept,sadə resept
4020 calories, 40 grams fat
Şirinçayın Yanına Yaraşacaq : Az duzlu ,Sirkəli Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Peçenye resepti.
Şirniyyat evlərində satılan o dadlı,ətirli, xırtıldayan duzlu peçenyeləri sevməyən yoxdur. Bu duzlu peçenyelər çay süfrəsi üçün ən dadlısı və əvəzolunmazıdır. Ən vacib hiylələrdən biri də onu xırtıldaması üçün içinə atılan sirkədir.
Şirniyyat dadı olan bu duzlu sirkəli peçenyeni sizdə hazırlayın.

NEÇƏ NƏFƏR ÜÇÜN

40 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

250 qram kərə yağı (Otaq temperaturunda)
1 stəkan duru yağ
1 ədəd yumurta
1 ədəd yumurta ağı
1/4 stəkan sirkə
1/4 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
4 stəkan un
1 paket qabartma tozu

Üzəri üçün:
1 ədəd yumurta sarısı
1 xörək qaşığı küncüt
1 xörək qaşığı qara zirə

Hazırlanma qaydası:

Otaq temperaturunda kərə yağını kub şəklində doğrayıbbbir qaba qoyub üzərinə 1 yumurta, 1 yumurtanın ağı, sirkə, duz və şəkər tozu əlavə edib bütün inqrediyentlər birləşdirilənə qədər qarışdırın.
Ələnmiş unun yarısını və qabartma tozunu qarışığa əlavə edin. Qalan unu da az-az əlavə edib yapışmayan xəmir alınana qədər yoğurun.
Xəmiriniz istədiyiniz kimi oıduqda qoz böyüklüyündə parçalara ayırıb yumrulayın,sonra 8-9 sm-lik uzadıb, kənarlarından tutun və çarpaz şəkildə birləşdirib lent düzəldin.
Yağlanmış soba qabına qoyun.Fırça ilə yumurta sarısını sürtün. Küncüt və qara zirə toxumu səpib əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.Soyuduqdan sonra bankada və ya hava keçirməyən qabda saxlaya bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz