Azərbaycancaaz
Mir.az » Resept » Çox asan : Pendirli Qırmızı Bibər Məzəsi Resepti

Çox asan : Pendirli Qırmızı Bibər Məzəsi Resepti

89
asan resept,asan yemək resept,sadə resept
35 calories, 3 grams fat
Çox asan : Pendirli Qırmızı Bibər Məzəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Məzə resepti.
Ləzzətli bibərlər rəngləri və ləzzətləri ilə qəlbimizdə hökm sürməyə davam edir. Xalq arasında yağlı bibər kimi də tanınan bu gözəlliklər bu dəfə inanılmaz asan və dadlı reseptlə qarşınızdadır.
Bir az qırmızı bibər , bir az pendir ,bir az qara zirə və bir az şüyüd… Səhər, günorta və axşam istisnasız olaraq bütün yeməklərinizdə istifadə edə biləcəyiniz bir ləzzətdir. Səhər yeməyində, naharda və ya axşam yeməyində yesəniz seçim tamamilə sizə bağlıdır.
Bibərləri zövqünüzə uyğun qızartmaq əvəzinə sobada və ya ocaqda qovura və ya hazır qovrulmuş və küp şəklində də edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

  • 3 ədəd qırmızı bibəri
  • 150 qram pendir
  • 1.5 xörək qaşığı qara zirə
  • Yarım dəstə şüyüd
  • 3 xörək qaşığı zeytun yağı

  • Üzəri üçün:
  • 4 xörək qaşığı zeytun yağı
  • Yarım limon suyu

  • Qızartmaq üçün:
  • 0.5 litr duru yağ

Hazırlanma qaydası:

Bibərləri yuyub qurudun ,bibərə zərər vermədən içindəki toxumları çıxarın.
İsti yağda bibərləri yaxşıca qızardıb soyuduqdan sonra qabığını soyun.
Pendir, şüyüd, qara zirə və zeytun yağını bir qaba qoyub pendiri çəngəl ilə əzərək qarışdırın.
Hazırladığınız pendir qarışığı ilə bibərləri yaxşıca doldurun.
Doldurulmuş bibərləri dilimləyin və süfrəyə qoyun.
Üzərinə zeytun yağı və limon suyu səpdikdən sonra servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz