Kərə Yağlı , Ballı Oladi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Oladinin resepti həqiqətən çox sadədir. Bu xəmirin tərkibində yumurta, un, qabartma tozu,şəkər tozu, süd, günəbaxan yağı kimi əsas inqrediyentlər var. Servis zamanı meyvə dilimləri, ərinmiş şokolad, fərqli souslardan da istifadə ede bilərsiz,çox yaraşır.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
2 ədəd yumurta1/2 stəkan şəkər tozu
2 stəkan un
1.5 stəkan süd
2 xörək qaşığı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
1 çimdik duz
Bişirmək üçün:
2 xörək qaşığı duru yağ
Servis üçün:
3 xörək qaşığı bal
Kərə yağı
Hazırlanma qaydası:
Dərin bir qabda 2 yumurta və yarım stəkan şəkər tozunu mikserlə ağaranadək çalın.Qarışığa 2 xörək qaşığı yağ və 1,5 stəkan süd əlavə edib yenidən çalın.
2 stəkan unu, 1 paket qabartma tozunu, 1 paket vanil və bir çimdik duzu ələkdən keçirib qarışığa əlavə edib çalma prosesinə davam edin.
İlk oladini bişirmək üçün tavanı duru yağ ilə yağlayın. Kiçik bir çömçə və ya bir qəhvə fincanı xəmiri tavaya tökün.
Ocağın xodunu alın. Oladilər deşik -deşik olana qədər bişirin. Çevirdiyiniz oladinin digər üzünü də eyni şəkildə bişirin.
Xəmir bitənə qədər prosesi təkrarlayın.
Vaxtaşırı tavanı yağlayın.
Servis boşqabında qoyduğunuz oladilərin üzərinə kərə yağı çəkib bal töküb servis edə bilərsiz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz