Azərbaycancaaz
Mir.az » Resept » Asan Hazırlanan Limon Souslu Toyuq Resepti

Asan Hazırlanan Limon Souslu Toyuq Resepti

82
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Asan Hazırlanan Limon Souslu Toyuq Resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən Yemək resepti.
İncə-incə dilimlənmiş toyuq filesi təzə sıxılmış limon suyu və ağ şərabla hazırlanmış sousda, sonra kartof püresi və ya qaynadılmış tərəvəz ilə süfrəyə verilir.
İncə dilimlənmiş toyuq filelərini hər tərəfdən 90 saniyə qızartmaq məsləhətdir.
Sizdə qonaqlarınız üçün hazırlayıb onlara fərqli və ləzzətlli dadlar nümayiş etdirməyə nə deyirsiz?

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 600 qram toyuq filesi
  • 60 qram un
  • 10 qram dəniz duzu
  • 1 çay qaşığı qara bibər tozu
  • 40 qram zeytun yağı
  • 60 qram kərə yağı
  • 4 ədəd limonun şirəsi
  • 60 ml. ağ şərab
  • 20 qram incə doğranmış cəfəri

  • Qarnir üçün:
  • 300 qram bişmiş kartof və ya qaynadılmış tərəvəz

Hazırlanma qaydası:

Toyuq filesini incə doğrayıb bol suda yuyun.Sonra kağız dəsmal ilə bir-bir qurulayın.
Böyük bir qaba un,dəniz duzunun və təzə çəkilmiş qara bibərin yarısını qarışdırıb toyuq filelərini qarışığa irəli-geri batırın.Artıq unu silkələyin.
Zeytun yağını böyük bir tavada qızdırdıqdan sonra artıq unu silkələdiyiniz toyuq filelərini yüksək odda qısa müddətdə qızardın.
Təzə sıxılmış limon suyu və ağ şərabı əlavə etdikdən sonra asitini çıxarmaq üçün sousu yüksək odda 2 dəqiqə bişirin.
Kərə yağını sous qabına qoyun.Qalan dəniz duzu ,incə doğranmış cəfəri və qara bibəri əlavə edib toyuğa dad verəcək scaloppine sousunun hazırlanmasını yekunlaşdırın.
Sousu ilə 2 dəqiqə daha bişmiş toyuq filesini gözləmədən kartof püresi,kök və qaynadılmış tərəvəzlərlə birlikdə servis edin.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz