Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Süfrənizi Bəzəyəcək Qartopu deserti Resepti

Yeni İl Süfrənizi Bəzəyəcək Qartopu deserti Resepti

113
asan resept,asan yemək resept,sadə resept
100 calories, 10 grams fat
Yeni İl Süfrənizi Bəzəyəcək Qartopu deserti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Kokosun bənzərsiz dadını sevənlər üçün ləzzətli resept təklifimiz var! Üstəlik, hazırlanması o qədər asandır ki, şirniyyata can atdığınız anda hazırlaya biləcəyiniz bir reseptdir!
İçərisinə zövqünüzə uyğun fındıq, qoz və ya şokolad əlavə edərək hazırlayacağınız qartopu desertini özəl günlərinizdə, yeni il süfrəzində bəzəyə bilər və sevdiklərinizi təəccübləndirəcək dadlı resept hazırlaya bilərsiniz. 5 dəqiqəyə hazırlayıb 1 saat soyuducuda saxlayırıq, amma 'Soyuducuda 1 saat gözləyə bilməzlər, yeyəcəyəm!' deyirsizsə ,yumşaq bir halda da yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

0 dəqiqə

Tərkibi:

1 stəkan qaymaq (200ml)
1 stəkan şəkər tozu
3,5 stəkan kokos
10 ədəd fındıq

Üzəri üçün:
80 qram tünd şokolad
1 xörək qaşığı yaşıl Antep fıstığı ( toz halında )

Hazırlanma qaydası:

Bir qabda qaymaq ​​və şəkər tozunu şəkər həll olunana qədər mikserin köməyi ilə çalın.
Peçenye xəmirinə bənzər bir xəmir əldə etmək üçün ərinmiş şəkər qarışığına az -az kokos əlavə edin.
Qarışımdan qoz böyüklüyündə parçalar götürüb ortasına bütöv fındıq əlavə edib yumrulayın.
Soyuducuda təxminən 1 saat saxlayın.
Süfrəyə verməzdən əvvəl şokoladı buğda ( benmari üsulu ) əridib qartopu desertinin üzərinə qaşıqla gəzdirin.
Üstünə fıstıq səpərək servis edin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz