Daha Asan: Tosterdə Asan Vafli ( Waffle )Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Desert resepti.
Əgər vafli hazırlamaq istəyirsinizsə, lakin lazımi avadanlıqlarınız və mətbəx əşyalarınız yoxdursa, narahat olmağa dəyməz.Həm asan, həm də hər evdə hazırlana bilən tosterdə sizin üçün hazırlamışıq.Çölü xırtıldayan, içi yumşaq, aralarında kakaolu fındıq kremi və ləzzətli meyvələr. Əlbəttə ki, vafli hazırlayarkən inqrediyentlər sonsuzdur, daxil edə biləcəyiniz çoxlu müxtəlif inqrediyentlər var! Bu tamamilə sizin zövqünüzə bağlıdır.Amma biz ən çox üstünlük verilən və əsas inqrediyentlərdən istifadə etdik: Banan, Çiyələk və Kakaolu Fındıq Kremi.
Tosterdə vafli hazırlamaq düşündüyünüzdən daha asandır.Uşaqlarla həftə sonu səhər yeməyinə hazırlaya biləcəyiniz bu deserti əyləncəli bir kulinariya fəaliyyətinə çevirə bilərsiniz. Mir.az qəfil şirniyyat istəyənlər üçün mükəmməl olan bu ləzzətli deserti sizin üçün təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
Vafli xəmiri üçün:1 stəkan süd
1 xörək qaşığı şəkər tozu
1 ədəd yumurta
1 stəkan un
1 çay qaşığı qabartma tozu
1 paket vanil
1 xörək qaşığı maye yağ (tosteri yağlamaq üçün)
İçlik üçün:
2 xörək qaşığı kakaolu fındıq kremi
4 ədəd çiyələk
1 ədəd banan
1 çay qaşığı püstə tozu ( Antep fıstığı )
Hazırlanma qaydası:
Böyük bir qabda süd, şəkər tozu və yumurtanı qarışdırın.Vafli xəmiri üçün qalan bütün quru inqrediyentləri əlavə edin və bütün maddələr birləşdirilənə qədər qarışdırın.
Tosteri orta-isti rejimdə əvvəlcədən qızdırıb yağlayın.Qarışığı böyük bir çömçə ilə götürün və tosterin ortasına töküb tosterin üst qapağını bağlayın və bişməsinə icazə verin.
10-12 dəqiqədən sonra bişmiş və rəngli vafli tosterdən çıxarın.
Xəmir bitənə qədər eyni prosesi təkrar edin.
Bişmiş vaflilərin içinə kakaolu fındıq kremini bərabər şəkildə yayıb xırda doğranmış meyvələri üzərinə yerləşdirin.Sonda toz püstə səpdikdən sonra süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz