Azərbaycancaaz
Mir.az » Resept » Bitməsini Heç İstəməzsən : İsti Şokolad Resepti

Bitməsini Heç İstəməzsən : İsti Şokolad Resepti

39
asan resept,asan yemək resept,sadə resept
15 calories, 1 grams fat
Bitməsini Heç İstəməzsən : İsti Şokolad Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən İsti içki resepti.
Soyuq qış aylarında sizi isidəcək isti şokolad resepti ilə qarşınızdayıq. Klassik isti şokolad resepti üçün nə etməli olduğunuz çox sadədir. Südü qazana töküb kakao ilə bişirin. Sonra ocaqdan götürüb sevimli şokoladınızla bir araya gətirin. Bu resepti tünd şokolad və ya südlü şokoladdan da istifadə edərək rahatlıqla hazırlaya bilərsiniz.Buxarlanan isti şokoladla bir dilim keks və ya tort yanında heç də pis olmaz.

Fərqli dadlı isti şokolad hazırlamaq istəyirsinizsə, süd və kakaonu qaynadarkən içinə darçın çubuqları əlavə edə bilərsiniz. İsti şokoladın şokoladla zəngin olmasını istəyirsinizsə, stəkanınıza benmaridə əritdiyiniz şokoladdan bir xörək qaşığı əlavə edə bilərsiniz.
Şokoladın miqdarı üçün 60 qramlıq klassik kvadrat şokolad paketinin 1/3 hissəsini əlavə etmək kifayətdir.
İstəsəniz şəkər yerinə şokolad əlavə etdikdən sonra 1 xörək qaşığı bal əlavə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

  • 2,5 stəkan süd (250ml)
  • 1 xörək qaşığı kakao
  • 1 çay qaşığı şəkər tozu (istəyə görə)
  • 20 qram tünd şokolad

Hazırlanma qaydası:

Qazana süd və şəkər əlavə edib üzərinə kakaonu tökün.Ocaqda davamlı qarışdıraraq qaynadın. Qaynadıqdan 2-3 dəqiqə sonra ocaqdan götürüb şokoladı əlavə edin və şokoladı əritmək üçün davamlı olaraq bir neçə dəqiqə qarışdırın.
İsti şokoladınızı fincana tökün.İstəsəniz üzərinə sürtkəcdən keçilmiş şokolad və ya zefir əlavə edib edə bilərsiz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz