Tək Başına Bir Ləzzət : Şokolad Sousu Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şokolad Sousu resepti.
Dondurmanın bəzəyi, maye halı ilə islak kekslərin, tortların örtüyü, tək başına əfsanə olan şokolad sousu... Südlü desertlərə, tortlara, xəmirlərə rəng qatan şokolad sousunu evdə hazırlamaq çox asandır! Bir neçə inqrediyentlə hazırlaya biləcəyiniz ən dadlı souslardan biri olan şokolad sousunu Mir.az təqdim edir.
Əgər daha çox südlü ləzzətləri sevirsinizsə, tünd şokolad yerinə eyni miqdarda südlü şokolad və ya az tünd şokoladdan istifadə edə bilərsiniz. Hətta çox sadə bir desert də üzərinə bir az şokolad sousu tökülsə, dünyanın ən dadlı desertinə çevrilə bilər. Onda artıq əllərinizə qüvvət deyirik və ləzzətli şokoladlı sous reseptini hazırlamaq üçün sizi tək buraxırıq.Uğurlar!

NEÇƏ NƏFƏR ÜÇÜN
1 kasa nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
200 mililitr qaymaq (1 fincan)2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı kərə yağı
120 qram tünd şokolad
60 qram südlü şokolad
Hazırlanma qaydası:
Qaymaq, yağ və şəkər tozunu bir qazana töküb orta istilikdə vaxtaşırı qarışdırın və qaynama nöqtəsinə gəldikdə dərhal altını söndürün və xırda doğradığınız tünd və südlü şokoladları ( istədiyiniz şokoladdan istifadə edə bilərsiniz) əlavə edin.
Şokoladlar tamamilə əriyənə qədər bir qaşıq köməyi ilə davamlı qarışdırın.
Çırpıcının köməyi ilə davamlı qarışdıraraq soyudun ki, qabıq əmələ gəlməsin.
Otaq temperaturunda soyuduğunuz sousu soyuducuda 1 saat saxlaya ki, daha qatı olsun.
Soyuducudan çıxarıb hazırladığınız desertlərin üzərinə şokoladlı sousu ilə bəzəyə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz