Azərbaycancaaz
Mir.az » Resept » Yumşaq, Pambıq kimi : Qaraciyər Qızartması Resepti

Yumşaq, Pambıq kimi : Qaraciyər Qızartması Resepti

102
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Yumşaq, Pambıq kimi : Qaraciyər Qızartması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Ət yeməkləri arasında iç-içalat çox xüsusi yer tutur. İç-içalat dedikdə ağla gələn ilk qaraciyər olur. Qaraciyəri sevməyənlər qədər, sevənlər də çoxdur! Bir çoxunuz üçün evdə hazırlamaq çətin olsa da, əslində ən asan reseptlərdən biridir! Yumşaq bişirilmiş,dadı damaqlarda qalacaq ən yaxşı qaraciyər resepti: Qaraciyər qızartması resepti.
Hazırlanması və bişirilməsi asandır.Qaraciyəri necə bişirmək olar? Qaraciyər necə yumşaq olar? suallarınızın cavabı bu reseptdə var. Bir boşqabda zəngin vitamin və minerallarla dolu yemək, üstəlik, qan əmələ gətirən yemək deyirsizsə , bu o yeməkdir. Qaraciyərin faydalarını ən yüksək səviyyədə hiss edəcəyiniz qaraciyər resepti.

*Ciyərlərin daha yumşaq olması üçün onları tavaya qoyduqdan sonra ilk 10 dəqiqə qapağını açmadan bişirməlisiniz.
* İçindəki ədviyyat miqdarını zövqünüzə uyğun tənzimləyə bilərsiniz.
* Mal qaraciyəri əvəzinə quzu qaraciyərindən də istifadə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 500 qram dana qaraciyəri
  • 1 ədəd soğan
  • 3 diş sarımsaq
  • 3 ədəd yaşıl bibər
  • 2 ədəd pomidor
  • 1 çay qaşığı tomat pastası
  • 1 çay qaşığı kərə yağı
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara bibər tozu
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı kimyon
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1 stəkan su

Hazırlanma qaydası:

Kərə yağı və zeytun yağını dərin və geniş tavaya qoyun. Kərə yağı əriyəndə xırda doğranmış soğan və incə doğranmış sarımsağı əlavə edib soğanlar çəhrayı rəng alana qədər qızardın.
Kub şəklində doğradığınız və yuyub suyu süzülmüş ciyərləri qovrulmuş soğanların üzərinə əlavə edin.
Tez qarışdırıb qapağı bağlayın.Qazın xodunu alıb 10 dəqiqə bişirin.
Qaraciyərə xırda doğranmış bibər, soyulmuş və doğranmış pomidor əlavə edin.
Ədviyyatları və tomat pastasını da 1 stəkan suda həll edib tavaya əlavə edib qarışdırın.
20 dəqiqə qapağı bağlı olaraq aşağı istilikdə bişirib isti halda servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz