Azərbaycancaaz
Mir.az » Resept » Rəngi və Dadı İştah Açan, C və K vitaminləri ilə Zəngin ,Pəhriz Dostu Qırmızı Kələm Resepti

Rəngi və Dadı İştah Açan, C və K vitaminləri ilə Zəngin ,Pəhriz Dostu Qırmızı Kələm Resepti

1 172
asan resept,asan yemək resept,sadə resept
10 calories, 1 grams fat
Rəngi və Dadı İştah Açan, C və K vitaminləri ilə Zəngin ,Pəhriz Dostu Qırmızı Kələm Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Onun bənövşəyi yarpaqları altında nə qiymətli daşlar var. Bunu bilsəniz daha çox sevərdiniz.Qırmızı kələmdən müxtəlif salat reseptləri hazırlamaq mümkündür.Yüksək miqdarda C vitamini olan qırmızı kələm; immunitet sistemini gücləndirir, tərkibindəki K vitamini sayəsində diqqətin yayınmasını aradan qaldırır. Aşağı kalorili olması onu pəhriz dostu edir. Bəlğəmgətiricidir və qan dövranını sürətləndirir. Sızanağa meylli dərinin müalicəsində istifadə olunur. Kim ki qırmızı kələmdən istifadə edirsə, sağlamlıqlarına sağlamlıq qatırlar.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

0 dəqiqə

Tərkibi:

  • 1/2 orta ölçü qırmızı kələm
  • 1 ədəd orta ölçü kök
  • Yarım dəstə cəfəri
  • Yarım dəstə təzə nanə
  • 4 xörək qaşığı zeytun yağı
  • 1/2 limon suyu
  • 1 xörək qaşığı alma sirkəsi
  • 1.5 çay qaşığı duz

Hazırlanma qaydası:

Qırmızı kələmi xırda doğrayıb üzərinə duz, sirkə və limon suyu əlavə edib 5 dəqiqə saxladıqdan sonra yaxşıca ovuşdurun.Üzərinə sürtkəcdən keçirilmiş kök, zeytun yağı, xırda doğranmış cəfəri və nanə əlavə edib yaxşıca qarışdırın.
Süfrəyə aparmazdan əvvəl qatıq və qoz tökə bilərsiniz.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz