Rənglərin Ən Gözəli : Qatıqlı Bənövşəyi Kələm Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Gün keçir təbiətin rəngləri bizi valeh edir. Parlaq yaşıllıqlar, canlı qırmızılar və bənövşəyi rəng həmişə ana təbiətin bizə təqdim etdiyi, meyvə və tərəvəzlərimizi bəzəyən gözəl rənglərdir.
Gəlin bu rənglərin şahı olan bənövşəyini götürək və bənövşəyi kələmlə dadlı salat hazırlayaq.
Mir.az qatıqlı bənövşəyi kələm salatının reseptini təqdim edir!
Əgər əvvəllər belə bənövşəyi kələm dadmamısınızsa, əminik ki, bu dadı çox sevəcəksiniz.Rəngi ilə süfrənizdə parıldayacaq, yüngülliyi və dadı ilə sizi sevindirəcək. Üstəlik, məzə,salat reseptləri arasında ən çox sevəcəyiniz reseptlərdən biri olmağa namizəddir!
Bənövşəyi kələm hazırdırsa, başlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
1 ədəd kiçik ölçü bənövşəyi kələm6 xörək qaşığı zeytun yağı
1 stəkan konservləşdirilmiş qarğıdalı
2 ədəd duzlu xiyar
2 çimdik şüyüd
1 diş sarımsaq
2 stəkan qatıq
3 xörək qaşığı mayonez
1 çimdik duz
Hazırlanma qaydası:
Kələmi yuyub dilimləyin və qida prosessorundan keçirin.
4 xörək qaşığı zeytun yağını tavaya əlavə edin və kələmi təxminən 10 dəqiqə qovurun.
Qovrulmuş kələm soyuduqdan sonra dərin bir qaba əlavə edib üzərinə sürtgəcdən keçilmiş sarımsaq, doğranmış turşu xiyar,şüyüd,qarğıdalı,qatıq, mayonez,duz və 2 xörək qaşığı zeytun yağı əlavə edib yaxşıca qarışdırın və süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz