Azərbaycancaaz
Mir.az » Resept » Dadlı Sousu ilə : Köklü Kələm Salatı Resepti

Dadlı Sousu ilə : Köklü Kələm Salatı Resepti

178
asan resept,asan yemək resept,sadə resept
1 calories, 1 grams fat
Dadlı Sousu ilə : Köklü Kələm Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Kələm turşusu qışda ən çox sevdiyimiz turşulardan biridir. Amma gözləməyə ehtiyac yoxdur, biz yerkökü ilə turşu dadlı kələm salatı hazırlayacağıq, özüdə cəmi 10 dəqiqəyə. Üstəlik, bu bir həftəyə qədər soyuducuda asanlıqla saxlaya biləcəyiniz bir salatdır. Bu kələm salatı qışın ən dadlı salatlarından biri olmağa namizəd olacaq.
Hiylə burasındadır ki, salatı hazırlamadan əvvəl kələmi duzla ovuşdurmaqdır. Beləliklə, həm kələm yumşalır, həm də çiy yeyilsə də mədəni narahat etmir. Gəlin birlikdə bu dadlı kök kələm salatını hazırlayaq!

NEÇƏ NƏFƏR ÜÇÜN

1 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

1/4 ədəd kələm (250 q)
1 çay qaşığı duz
1 kasa doğranmış şüyüd
1 ədəd kök (böyük ölçü)
1 çay qaşığı xardal
2 çay qaşığı mayonez
3 xörək qaşığı qatıq
1 xörək qaşığı sirkə
1/4 dilim limon
3 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Kələmi incə doğrayıb yuyun və qurudun. Üzərinə duz səpib əlinizlə sıxaraq 1-2 dəqiqə yoğurun. Suyunun çıxması üçün 10 dəqiqə gözləyin.
Sonra suyunu süzün və əlinizlə sıxaraq qalan suyu çıxarıb böyük bir qaba qoyun.
Kökləri sürtgəcdən keçirin və şüyüd ilə birlikdə kələmə əlavə edin.
Mayonez, xardal, qatıq, sirkə, limon suyu və zeytun yağı əlavə edib yaxşıca qarışdırın.İstəyirsinizsə,müxtəlif göyərti ,tərəvəz və ədviyyat əlavə edə bilərsiniz.
Dərhal servis edə və ya bir həftəyə qədər soyuducuda hava keçirməyən qabda saxlaya bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz