Azərbaycancaaz
Mir.az » Resept » Vitaminlərlə Zəngin Qış Salatı : Brokoli Salatı Resepti

Vitaminlərlə Zəngin Qış Salatı : Brokoli Salatı Resepti

67
asan resept,asan yemək resept,sadə resept
45 calories, 4 grams fat
Vitaminlərlə Zəngin Qış Salatı : Brokoli Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Bu bir reallıqdır ki , brokolini sevənlər və istifadə edənlər çox azdır. Amma qida dəyəri baxımından çox zəngin qış tərəvəzi olan brokoli aşağı kalorili olduğu üçün pəhriz süfrələrinin vazkeçilməzləri arasındadır. Tərkibindəki sülforafan sayəsində xərçəngdən qoruduğu bilir və tərkibindəki sıx liflə də həzm sistemini tənzimləyə bilir. Tərkibində yüksək lif olan brokoli kalium, kalsium və dəmir, həmçinin A və C vitaminləri ilə zəngin olan sağlam bir qış tərəvəzidir.
Mir.az brokoli salatı reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

  • 500 qram brokoli
  • 3-4 ədəd xiyar turşusu
  • 1 qutu konservləşdirilmiş qarğıdalı (220 q)
  • 2-3 ədəd qovrulmuş qırmızı bibər
  • 2 budaq yaşıl soğan
  • 2 diş sarımsaq
  • 3-4 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 ədəd limonun suyu

Hazırlanma qaydası:

Əvbəlcə brokolinin gövdə hissələrini kəsib ikiyə bölün və buxarda qaynar su qoyduğunuz sobanın üzərindəki qazanın üstünə qoyub qapağını bağlayın və 5 dəqiqə qaynadın.
Qovrulmuş bibər, xiyar turşusu və soğanı doğrayın.
(İnsanların sayına və ya zövqünüzə görə inqrediyentlərin miqdarını artıra bilərsiniz.) Qaynamış brokolini xırda-xırda doğrayın. Konservləşdirilmiş qarğıdalı, doğranmış turşu xiyar, qırmızı bibər, yaşıl soğan, əzilmiş və ya sürtgəcdən keçirilmiş sarımsaq, duz, limon suyu və zeytun yağını bir qaba əlavə edib yaxşıca qarışana qədər qarışdırın.
Salat hazırdır! Süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz