Azərbaycancaaz
Mir.az » Resept » Ləzzətə Gəl :Bol Proteinli, Doyurucu Toyuq Fajita Resepti

Ləzzətə Gəl :Bol Proteinli, Doyurucu Toyuq Fajita Resepti

186
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Ləzzətə Gəl :Bol Proteinli, Doyurucu Toyuq Fajita Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
İspan dilində "ətin ən yaxşı yeri “mənasını verən Fajita, buğda və ya qarğıdalı unu ilə hazırlanmış tortilla çörəyi ilə verilən yeməkdir. Əvvəlcə julyen ( uzun -uzun ) kəsilmiş yumşaq ətdən istifadə edilən Fajita reseptləri indi toyuq, dəniz məhsulları və ya qarışığı hazırlana bilər. Onların bir-birinə uyğun olması və bərabər vaxtda bişirilməsi vacibdir, istifadə ediləcək tərəvəzlər və ətlər doğranılır və yüksək odda tez bişirilir. IAvokado ilə Guacamole sousu kimi qaymaqlı souslarla verilir.
Mal ət yerinə toyuq ilə fajita hazırlamaq istəyirsinizsə, sizin köməyinizə bu resept çata bilər. Yenə bol protein, doyurucu və dadlı bir yemək.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 2 ədəd toyuğun döş əti (hər biri 200 qram)
  • 1 ədəd soğan
  • 2 ədəd bibər
  • 2 ədəd bolqar bibəri
  • 2 xörək qaşığı zeytun yağı
  • 4 tortilla çörəyi

  • Marinad üçün :
  • 3 xörək qaşığı limon suyu
  • 1 çay qaşığı qara bibər
  • 2 diş sarımsaq
  • 2 xörək qaşığı soya sousu
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Toyuqları julyen doğrayıb bir qabda marinad üçün lazım olan bütün inqrediyentləri qarışdırın.Toyuqları bu qarışıqla qarışdırıb 30 dəqiqə gözləyin. Bibərləri ,soğanı eynu qaydada julyən doğrayıb qızdırılan tavada soğanı qovurun. Bibər əlavə edin və 3-4 dəqiqə sote etməyə davam edin. Daha sonra toyuqları əlavə edib 5 dəqiqə bişirin. Hazır olduqdan sonra toyuq qarışığını tortilla çörəklərinə bölün. Rulon şəklində büküb süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz