Azərbaycancaaz
Mir.az » Resept » Həm Ekonomik Həm də Çox Doyurucu : Toyuq Rosto Resepti

Həm Ekonomik Həm də Çox Doyurucu : Toyuq Rosto Resepti

32
asan resept,asan yemək resept,sadə resept
645 calories, 6 grams fat
Həm Ekonomik Həm də Çox Doyurucu : Toyuq Rosto Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Toyuq ətini sevirik, amma etiraf edək ki, toyuğun ən quru hissəsi döş ətidir. İndi isə Mir.az sizə toyuq döşündən hazırladığınız bütün reseptləri unutduracaq sulu və dadlı toyuq reseptini təqdim edir: Toyuq Rosto Resepti.
İçindəki rəngləri ilə sizi ovsunlayacaq, hazırlanma asanlığı ilə sizi valeh edəcək, xüsusən bir tikə yediyiniz zaman ləzzətli dadına aşiq olacaqsınız. Bundan sonra hazırladığınız bütün toyuq reseptlərini atıb, sadəcə toyuq rosto hazırlamaq istəyəcəksiniz. Üstəlik, uşaqlarınızın bu gözəlliyi sevəcəyinə əminik.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

4 ədəd toyuq filesi (1200 qram)
2 ədəd yumurta sarısı
1 stəkan qaynadılmış noxud
2 xörək qaşığı çörək qırıntıları
3 xörək qaşığı zeytun yağı
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
1.5 çay qaşığı köri
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Üzəri üçün:
2 stəkan qarğıdalı lopaları (zövqə görə)
3 xörək qaşığı incə doğranmış cəfəri

Hazırlanma qaydası:

Toyuq filesini yuyub qisa prosessoruna qoyun və qiymə halına gələnə qədər qarışdırın.
Daha sonra içinə 2 yumurtanın sarısı, zeytun yağı, çörək qırıntıları, duz, qara istiot və köri əlavə edib bütün inqrediyentlər yaxşı qarışana qədər yenidən qarışdırın.
Hazırlanmış qarışığı dərin bir qaba tökün.
Kub şəklində doğradığınız sarı və qırmızı bibərləri və noxudu əlavə edib yaxşıca qarışdırın ki, bütün inqrediyentlər toyuq qarışığının üzərinə bərabər yayılsın.
Qarğıdalı lopalarını qida prosessoruna qoyun və dənəli qalacaq şəkildə (tam üyütməyin) doğrayın.
Qarğıdalı lopalarına incə doğranmış cəfəri əlavə edin və yaxşı qarışdırın.
Hazırladığınız toyuq qarışığını yağlı kağızla örtülmüş soba nimçəsinə qoyub əlinizlə rulon halına salın.
Üzərinə hazırladığınız cəfəri və qarğıdalı ləpələri qarışığını yayaraq bütün hissələrini örtün.
Əvvəlcədən isidilmiş 190 dərəcə sobada təxminən 45 dəqiqə bişirin və isti servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz