Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Keksimiz Fərqli Görünüşdə : Fincan Keksi Resepti

Bu Dəfə Keksimiz Fərqli Görünüşdə : Fincan Keksi Resepti

373
asan resept,asan yemək resept,sadə resept
520 calories, 5 grams fat
Bu Dəfə Keksimiz Fərqli Görünüşdə : Fincan Keksi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bu dəfə keksimiz fərqli dadda və görünüşdə. Sizdə qonaqlarınızl təəccübləndirmək , onların damağında fərqli dad buraxmaq istiyirsizsə , məncə fincan keksləri əla seçimdir.
Zövqünüzə görə içinə kişmiş, qoz , fındıq əlavə edə və ya portağallı , lımonlu edə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
4 xörək qaşığı şəkər tozu
1 stəkan süd
1/2 stəkan duru yağ
2 stəkan un
3 çay qaşığı kakao
2 xörək qaşığı damla şokolad
1 paket qabartma tozu

Qabları yağlamaq üçün:
1 xörək qaşığı duru yağ

Üzəri üçün:
2 xörək qaşığı qırılmış badam

Hazırlanma qaydası:

Kiçik-kiçik ,şirin fincan keksləri hazırlamaq üçün yumurtanı şəkər tozu ilə mikserin köməyi ilə ağaranadək çalın.
Süd və duru yağ əlavə etdikdən sonra çalmağa davam edin.
Dibinə çökməməsi üçün kakao ilə qarışdırdığınız ələnmiş un, qabartma tozu və damla şokoladı əlavə etdikdən sonra keks qarışığını qısa müddət qarışdırın.
İstifadə edəcəyiniz fincanları yağlayıb altı nazik qazana qoyun.Qazana stəkanların yarısına çatana qədər ilıq su əlavə edin.
Fincanları üzərlərində bir barmaq qalana qədər keks xəmiri ilə doldurub,üstünə badam səpin.
Qazanın üzərini yağlı kağız və ya təmiz mətbəx dəsmalı ilə örtün ki, bişirmə zamanı qalxacaq su buxarı tortların üzərinə gəlməsin.
Su qaynadıqdan sonra keksləri 15-20 dəqiqə aşağı odda bişirin.
Keksləri qapağı açmadan 10 dəqiqə gözlədikdən sonra bir fincanda və ya servis boşqabında ters çevirib sevdiklərinizlə bölüşə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz