Azərbaycancaaz
Mir.az » Resept » Soyuq Qış Günləri İçiniz İsinsin: Məşhur Düşbərə Resepti

Soyuq Qış Günləri İçiniz İsinsin: Məşhur Düşbərə Resepti

766
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Soyuq Qış Günləri İçiniz İsinsin: Məşhur Düşbərə Resepti

Yemək Haqqında:

Gürcüstan mətbəxindən Yemək resepti.
Soyuq qış günlərində içinizi isidəcək , dadına , ləzzətinə doymaq olmayan gürcü mətbəxindən düşbərə. Xəmir nazik şəkildə yayılır, soğanla qarışdırılmış qiyməyə daxil olur və iştahaaçan bükülür. Bununla da bitmir, həm də nanə və tomat pastası sousu ilə ətirli bulyonda bişirilir!

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

400 qram un
1.5 çay qaşığı duz
1 stəkan su
300 qram qiymə
1 ədəd soğan
1 çay qaşığı quru nanə
2 xörək qaşığı tomat pastası
1 xörək qaşığı kərə yağı (tomat pastası üçün)
2 litr ət suyu yemək bişirmək üçün)

Üzəri üçün:
Yarım dəstə keşniş (doğranmış)

Hazırlanma qaydası:

Böyük bir qabda un, duz və suyu qarışdırıb yoğurun. Üzərini təmiz bir dəsmal ilə örtüb 20 dəqiqə gözləyin.
Xəmir özünə gəldikdən sonra 2 kündə edib un səpilmiş duvax üzərində oxlovla nazik şəkildə açıb yayın.Çay stəkanının ağzı ilə xəmirdən kiçik dairələr kəsin.
Ayrı bir qabda qiyməni sürtkəcdən keçirilmiş soğanla qarışdırın.İçinə duz,istiot , istədiyiniz ədviyyat əlavə edin. Xəmirdən kəsdiyiniz dairələrin ortasına 1 çay qaşığı soğan ilə qiymə qoyun.
Əvvəlcə qiymə ilə doldurulmuş xəmiri yarımay şəklində qatlayın. Yarım ay şəklində qatlanmış xəmirin iki iti küncünü birləşdirərək boxça kimi bağlayın.
İstəyirsinizsə, soyuducuda 10 dəqiqə saxlayın ki, bişirərkən dağılmasın.
Düşbərəni dərin bir qazanda qaynayan suya töküb üzərinə qurudulmuş nanə əlavə edin.
Kiçik bir tavada kərə yağı və tomat pastasını qoxu gələnə qədər bişirin və qazanın içinə tökün.Təxminən 10 dəqiqə bişirin. Düşbərələr suyun üstündən qalxmalıdır.
Bişirdikdən sonra suyu ilə boşqaba qoyub üzərinə doğranmış keşniş səpib süfrəyə verin.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz