Soyuq Havanın İsti Yeməyi : Qatıqlı Düşbərə Resepti
Yemək Haqqında:
NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
45 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
1 ədəd yumurta1 stəkan ilıq su
3 stəkan un
İçlik üçün:
300 qr qiymə
1 ədəd soğan
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı qırmızı bibər tozu
1 stəkan qatıq
2 xörək qaşığı duru yağ
1 çay qaşığı nanə qurusu
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda yumurta və ilıq suyu qarışdırın. Üzərinə unu hissə-hissə ələyib xəmir yoğurun. Xəmirin üzərini örtüb 15 dəqiqə kənarda saxlayın.
İçliyi hazırlamaq üçün bir qabda qiymənin üzərinə rəndələnmiş soğan və ədviyyatları əlavə edib qarışdırın.
Xəmiri kündələyib unlanmış dəzgahın üzərində oxlovla yayın. Kiçik kvadratlar formasında kəsib içlik düzüb düşbərələr hazırlayın.
Bir qazanda suyu qaynadın və qaynayan suya düşbərələr yapışmasın deyə çox az duru yağ əlavə edin. Hazır düşbərələri qaynayan suya töküb 15-20 dəqiqə arabir qarışdıraraq bişirin.
Başqa bir qabda qatığı yaxşıca çırpın. Düşbərənin suyundan bir çömçə qatığa əlavə edib qarışdırın. Qarışdırdıqdan sonra İsti qatığı qazana əlavə edin.
Kiçik bir tavada yağı əridib nanə əlavə edin. Nanəli yağı şorbanın üzərinə töküb qarışdırın. Hazır şorbanı isti halda süfrəyə verin.
Şorbaya zövqə görə bişmiş noxud əlavə edə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz