Azərbaycancaaz
Mir.az » Resept » Türkiyə Mətbəxindən Sevilən Ləzzət : Qarnıyarıq Resepti

Türkiyə Mətbəxindən Sevilən Ləzzət : Qarnıyarıq Resepti

216
asan resept,asan yemək resept,sadə resept
650 calories, 6 grams fat
Türkiyə Mətbəxindən Sevilən Ləzzət : Qarnıyarıq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Tərəvəzlərin ən qibtə ediləni badımcandır. İndiki Qarnıyarığın aparıcı tərkib hissəsidir. Bildiyiniz kimi,badımcan minlərlə məqalədə ən populyar tərəvəz kimi təqdim edilmişdir.
Sizdə hələ Türkiyə mətbəxinin məşhur yeməyi Qarnıyarığı hazırlamamısızsa , indi hazırlayın. Dadına doya bilməyəcəksiz. Qonaq süfrələrində ən sevilən yemək sırasında öz yerini alacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

  • 6 ədəd badımcan
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 ədəd böyük soğan
  • 2 ədəd yaşıl bibər
  • 350 qram qiymə
  • 2 diş sarımsaq
  • 1/2 çay qaşığı bibər pastası
  • 1/2 çay qaşığı tomat pastası
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 2 ədəd pomidor
  • 6 ədəd acı bibər
  • 1 dəstə cəfəri

  • Qızartmaq üçün:
  • Günəbaxan yağı

Hazırlanma qaydası:

Badımcanları ala-ala soyub duzlu suda saxlayın.
Tavaya 3 xörək qaşığı zeytun yağı və 1 ədəd doğranmış soğanı əlavə edib çəhrayı rəng alana qədər qovurun.
Sonra 2 ədəd doğranmış yaşıl bibər əlavə edib qovurmağa davam edin.
350 qram orta yağlı qiyməni də (mal əti ) qovrulan soğanla birlikdə qəhvəyi rəng alana və suyu çəkilənə qədər bişirin.
Müvafiq olaraq, arada qarışdıraraq və bişirmə prosesini davam etdirərək; 2 diş sarımsaq, yarım çay qaşığı tomat pastası, yarım çay qaşığı bibər pastası, hər birindən 1 çay qaşığı duz və qara bibər əlavə edin.
Daha sonra 2 ədəd doğranmış pomidor əlavə edib 5 dəqiqə bişirin. Sonra ocağı xodunu alıb bir ovuc doğranmış cəfəri atıb sonuncu dəfə qarışdırıb ocaqdan götürün.
Acılığı və qara suyu gedən badımcanları tavada qızardıb istiyədavamlı qaba ( borcama) qoyun.
Orta hissələrdən badımcanları yarıya bölüb hazırladığınız içlikdən bol-bol qoyun.
Badımcanların üzərinə pomidoru və bibər dilimləri əlavə edib əvvəlcədən isidilmiş 170 dərəcə sobada 20-25 dəqiqə bişirdikdən isti halda servis edin.



NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz